Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində E qrupunda Türkiyə millisi Bolqarıstan yığmasını qəbul edib.
Press-fakt xəbər verir ki, Bursada keçirilmiş görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Matçda ilk qolu 18-ci dəqiqədə penalti zərbəsi ilə Hakan Çalhanoğlu vurub, 83-cü dəqiqədə qonaq komandanın avtoqolu qeydə alınıb.
Bu görüşdən sonra xalların sayını 12-yə çatdıran Türkiyə millisi qrupda ikinci sırada qərarlaşıb.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:



















