Hər doğulan uşağa 1200 dollar - Zelenski yeni qanun imzaladı
Ağır müharibə şəraitində olmasına və böyük maliyyə çətinliklərinə baxmayaraq, Ukraynada yeni doğulan uşaqlar üçün müavinətlər artırılıb.
Ukrayna mediası xəbər verir ki, Prezident Voldimir Zelenski yeni doğulan hər uşağa görə 50 min qrivna (təxminən 1190 dollar və ya 2023 manat) ödənilməsi barədə qanun imzalayıb.
İki və ya daha çox uşaq dünyaya gələrsə, müavinət hər uşaq üçün ayrıca verilir.
Bu arada, heç bir sığortası olmayan hamilə qadınlar üçün hamiləlik dövründə aylıq müavinət 7.900 qrivna(təxminən 323 manat) təşkil edir.
Ağır demoqrafik duruma düşən Ukraynada qəbul edilən bu qanunda müxtəlif növ dövlət yardımları, o cümlədən analıq müavinətləri, doğuş müavinətləri, bir yaşınadək uşaqlar üçün uşaq baxımı müavinətləri və tənha analar və əlil uşaqlar üçün dəstək də müəyyən edilir.
Press-fakt





















