Son gün ərzində Azərbaycanda koronavirusa 3 508 yeni yoluxma qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edilir ki, daha 13 nəfər COVID-19-dan vəfat edib. Ölkədə indiyədək ümumilikdə 365 009 nəfərin COVID-19-a ... Ətraflı »
YOLUXMA BİR SUTKADA 2 DƏFƏ ARTDI - 13 nəfər vəfat edib

KİV: Əfqanıstan prezidenti istefa vermək istəyir

Əfqanıstan prezidenti Əşrəf Qani istefa verməyi düşünür və çox güman ki, tezliklə ölkəni tərk edəcək. Bunu mənbələrə istinadən Hindistanın “News18” telekanalı məlumat yayıb. “Prezident hələ də istefa haqqında düşünür və bunu etmək ehtimalı var”, - mənbə qeyd edib. Bildirilib ki, Qani “Taliban” ... Ətraflı »
Türkiyə XİN başçısı Rusiyaya başsağlığı verib

Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib. Nazir bu barədə tviter səhifəsində yazıb. “Kahramanmaraşdakı yanğına müdaxilə zamanı yaşanan təyyarə qəzasında türk və rus ekipaj üzvlərinin həyatını itirməsindən böyük üzüntü duydum. Millətmizin başı sağ ... Ətraflı »
Türkiyədə daha bir meşə yanğını başlayıb

Türkiyənin Çanakkale şəhərində yeni meşə yanğını ocağı yaranıb. “Haber Global” xəbər verir ki, əkin ərazisində başlayan yanğın daha sonra meşələrə sıçrayıb. Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan müdaxiləyə başlanılıb. ... Ətraflı »
"Pandemiyanın sonundan çox başlanğıcına yaxınıq"- Amerikalı epidemioloq

"Pandemiyanın sonundan çox başlanğıcına yaxınıq. Bunun səbəbi isə hazırda yayılan “Delta” variantı deyil, peyvəndi yaymaqda uğursuzluğumuzdur”. Bunu məşhur amerikalı epidemioloq Larri Brilliant deyib. O bildirib ki, ixtiyarımızda olan peyvəndləmə rəqəmləri çox aşağı göstəricidir: “65 yaşdan ... Ətraflı »
İranda koronavirus: beşinci dalğaya görə beşgünlük lokdaun elan edilib

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beşgünlük lokdaun elan edib və əyalətlər arasında hərəkətə qadağa qoyub. "Tasnim" verdiyi məlumata görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahın rəsmi nümayəndəsi Əlireza Rəisi ... Ətraflı »
Prezidentin xüsusi nümayəndəsi: "Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq"

"Ağdam şəhərinin tarixi mərkəzində inşası planlaşdırılan Zəfər muzeyinin layihəsini italiyalı mütəxəssislər hazırlayacaq". Bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. ... Ətraflı »
Ərdoğan Qvineya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qvineyalı həmkarı Alfa Konda arasında görüş keçirilib. "Anadolu" xəbər verir ki, görüş Qvineya Prezidentinin Türkiyəyə səfəri çərçivəsində gerçəkləşib. Görüşün mətbuata qapalı keçirildiyi qeyd olunub. ... Ətraflı »
Azərbaycanın Ombudsman Aparatı Ermənistana çağırış edib

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı ... Ətraflı »
DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib -FOTO

Avqust ayının 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ... Ətraflı »




















