Azərbaycan və Ermənistana embarqo -
İspaniyanın qərarı
İspaniya parlamenti Dağlıq Qarabağ münaqişəsi davam edənə qədər Ermənistana və Azərbaycana silah və hərbi texnikanın satışını dayandıran qanun layihəsini təsdiqləyib.
Globall.az “ABC”-yə istinadla xəbər verir ki, gərginlik davam edərsə, İspaniya silah satışını dayandıracaq.
“Bildu”koalisiyasının üzvü olan deputat Xuan İnarritu Bakıya və İrəvana silah satışının dayandırılmasına dair qanun layihəsinin ATƏT-in tələbindən irəli gəldiyini bildirib. Onun sözlərinə görə, ATƏT 1992-ci ildən bəri üzvlərinə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə sülh yolu ilə həll yolu tapmaq üçün hər iki ölkəyə könüllü olaraq silah embarqosu tətbiq etmələrini tövsiyə edib.
“ABC”-nin məlumatına görə, 2019-cu ildə İspaniyada Azərbaycan Respublikasına müdafiə vasitələrinin satışı məbləği təxminən 19 milyon avroya çatıb.