Movses Akopyan Xüsusi İstintaq Xidmətinə çağırıldı

Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Məlumatı aysor.am. saytı yayıb.
"Bəli, məni Xüsusi İstintaq Xidmətinə çağırmışdılar, gedib ifadə verdim, indi evə gedirəm", - deyə M.Akopyan saytın müxbirinə bildirib.
Qeyd edək ki, erməni general vəzifəsindən uzaqlaşdırılandan sonra ölkəsinin müdafiə nazirliyində baş verən neqativlər, qurumda baş verən qanunsuzluq və saxtakarlıqlar barədə mətbuat konfransı çağıraraq qalmaqallı açıqlamalar verir.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: