Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
Press-fakt.az
    
  • Güc balansı dəyişir:
    Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
  • 
  • VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR -
    VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
  • 
  • ABŞ və Çin "Ay yarışı"na başladı -
    ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
  • 
  • "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
    "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
  • 
  • İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
    İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
  • 
  • Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ - 
    Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
  • 
  • Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
    Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
  • 
  • Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü -
    Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
  • 
  • Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: 
    Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
  • 
  • Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur -
    Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
  • 
  • SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -
    SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
  • 
  • "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
    "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
  • 
  • Britaniya şahzadəsi tituldan məhrum edildi -
    Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
  • 
  • "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"-
    "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
  • 
  • "Bu qədər tez yoldan çıxdınız?" - 
    "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
  • 
  • Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi:
    Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
  • 
  • "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"-
    "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
  • 
  • "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək - 
    "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
  • 
  • SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar -
    SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
  • 
  • “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
    “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
  • 
  • Taksi sürücüləri üçün imtahan keçiriləcək -
    Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • “TORPAQLARIMIZI TƏRK ETMƏSƏLƏR, SONA QƏDƏR VURUŞACAĞIQ”- İlham Əliyev “BBC News”a müsahibə verib
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • “BU BƏYANAT BİZİM ŞANLI QƏLƏBƏMİZDİR!”- Prezident İlham Əliyevin Azərbaycan xalqına MÜRACİƏTİ
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • PREZİDENT XALQA MÜRACİƏT ETDİ, AVROPA VƏ ERMƏNİSTANA AÇIQ MESAJLAR VERDİ

    • Tarix: 20-11-2020, 12:07



    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
    Globall.az həmin müraciəti təqdim edir:

    -Əziz həmvətənlər.
    Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

    Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq.
    Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.

    Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır.
    İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.

    İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.

    Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar.

    Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.

    Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək.
    Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.
    Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

    Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

    Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib.
    O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir.
    Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

    Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər.

    Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir.
    Ermənistan xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək.

    İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları.
    Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik.
    Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.

    Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin.

    Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

    Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb.
    Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir.

    Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur?
    Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?!
    Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində – 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib?
    Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil.

    Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular.
    Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər.
    Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar.
    Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları.
    Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır.
    Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar.
    İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. 
    Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar.

    Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik.
    Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq.

    Biz onların şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı.
    Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir.

    O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. 

    Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan.

    İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

    Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir.

    Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik?
    Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. 

    Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. 
    Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz.

    Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər.
    Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!

    Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib.

    Bütün layihələrimiz – energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. 
    Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. 
    Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi.
    Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?

    Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil.
    Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. 

    Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? 
    Yaxud da ki, monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır.

    Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə?

    Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə.

    Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir.
    Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik.

    Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.

    Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
    Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

    Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

    Oxunub: 487
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      01-11-2025
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      00:25 | Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
      00:20 | Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
      00:15 | “ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
      00:10 | Bill Qeyts bəşəriyyəti məhv edəcək SƏBƏBİ AÇIQLADI: İqlim dəyişikliyi deyil...
      00:05 | Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
      00:03 | "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
      00:00 | Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      16:40 | "GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
      16:15 | Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
      16:10 | Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
      16:05 | “MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
      16:00 | “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
      15:55 | “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
      15:50 | Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
      15:46 | "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur" -  İcraçı direktor
      15:35 | DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
      15:30 | “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
      15:25 | Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
      12:30 | Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
      12:00 | Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
      11:55 | MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
      11:44 | Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: DTX-nin saxladığı İCRA BAŞÇISI KİMDİR?
      11:30 | Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
      11:25 | Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
      11:00 | Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
      10:55 | “PUTİN BUNU ETSƏ, MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”- NATO ölkəsindən Kremlə XƏBƏRDARLIQ
      10:45 | Sərhədlərin açılması üçün heç bir maneə yoxdur -  Paşinyan
      10:30 | Tramp Çin lideri ilə görüşdü -   Ticarət rüsumları, çiplər, “TikTok” müzakirəsi
      10:20 | Yerli bazarda balığın bahalaşmanın səbəbi -  İxtioloq AÇIQLADI
      10:05 | Kişilərin ürəyi daha zəif olur - Kardioloq səbəbini İZAH ETDİ
      09:45 | DSMF-nin "işçisi"ndən PENSİYA DƏLƏDUZLUĞU - 3 nəfərdən 26 000 alana... ŞƏRTİ CƏZA
      09:30 | Təyyarələr niyə arxalarında ağ izlər buraxır?- Az adamın bildiyi gizli təhlükə
      09:15 | "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
      09:10 | Məzahir Pənahov yola salınır - Yeni sədr o olacaq
      09:05 | Son 3 ildə Ukrayna ordusundan qaçanların sayı AÇIQLANDI - Şok RƏQƏM
      09:00 | Fəzail Ağamalının qızı həm DEPUTATDIR, həm də ŞİRKƏT RƏHBƏRİ - QANUN POZUNTUSU...
      08:55 | Prezident bu məhkəmələrə yeni hakimlər təyin etdi - ADLAR
      08:53 | Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb
      08:50 | Si Cinpin və Tramp Cənubi Koreyada görüşüb
      08:45 | Gürcüstan Prezidenti üç müxalifət partiyasının bağlanmasını dəstəkləyib
      29-10-2025
      21:00 | Etibar Məmmədov 2003-cü ildə İSA QƏMBƏRƏ NƏ TƏKLİF EDİB?- Sensasion Ramiz Mehdiyev detalı
      19:00 | Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri -  SİYAHI
      18:30 | ELTON MƏMMƏDOV BAŞ PROKURORLUĞA ÇAĞIRILDI - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
      18:25 | Rusiya yanvardan 877 min hərbçi itirib, amma Putin DAYANMIR - "NBC News"
      18:15 | Azərbaycanda aliment ödəyən qadınların sayı AÇIQLANDI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.