Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “TORPAQLARIMIZI TƏRK ETMƏSƏLƏR, SONA QƏDƏR VURUŞACAĞIQ”- İlham Əliyev “BBC News”a müsahibə verib
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "DAĞLIQ QARABAĞDA HEÇ BİR REFERENDUM OLMAYACAQ, HEÇ VAXT!"- "Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər..."-İlham Əliyev
  • "Orduda 100 min əsgər, üstəgəl, bundan 3 dəfə çox əsgər cəlb edə bilərik..."- "Biz açıq dedik ki, qisas alacağıq..." - İlham Əliyev
  • “Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”- İqor Korotçenko

    • Tarix: 27-11-2020, 16:56



    Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko APA-nın Moskva müxbirinə müsahibə verib. Globall.az həmin müsahibəni təqdim edir:


    “Azərbaycan Silahlı Qüvvələri XXI əsrin ordusudur”

    – İqor Yuryeviç, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə başa çatdı. Siz bir hərbi ekspert kimi Azərbaycanın bu müharibədə uğurunu necə qiymətləndirirsiniz?

    – Müharibədə uğuru hər şeydən öncə hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordu həll edir. Bütün bu sadaladığım faktorlar Azərbaycan Silahlı Qüvvələrində mövcud idi. Azərbaycan Ordusu hərbi yolla işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edilməsi problemini həll etdi.

    Etiraf etmək lazımdır ki, açığını desək, çox az adam Azərbaycan Ordusunun yüksək effektli döyüş qabiliyyətinə malik olması haqqında düşünürdü. Biz, prinsipcə, Azərbaycan Ordusunun potensialını adekvat qiymətləndirirdik. Bununla yanaşı “Azərbaycan Ordusu döyüşə bilməz, o, effektli hərbi qələbə qazana bilməz. Ermənistan isə istisnasız olaraq peşəkar, ixtisaslı döyüşür” kimi bəyanatları da yaxşı xatırlayırıq.

    Lakin həyat hər kəsi özü yerinə oturtdu. Biz XXI əsrin ordusunu gördük. Azərbaycan Ordusu 1980-ci illər dövrünün ordusu ilə vuruşurdu. Burada Azərbaycan Ordusunun hərbi qələbəsi sadəcə qanunauyğunluq deyildi, həm də qaçılmaz idi. Bununla yanaşı, biz bu cür qələbənin Azərbaycan dövlətinin son illər silahlı qüvvələrin modernləşməsinə və təliminə əhəmiyyətli vəsaitlər xərcləməsi sayəsində mümkün olduğunu qeyd edirik. Burada dövlətin birinci şəxsinin rolu böyükdür.
    Xüsusi ilə də postsovet məkanında birinci şəxslər çox şeyləri müəyyən edirlər. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl siyasətini xüsusi qeyd etmək istəyirəm. Hansı ki, Azərbaycan Prezidenti şəxsən, dəfələrlə, yorulmadan hərbi hissələri ziyarət edib, ordunun qayğısına qalıb, Azərbaycanın neftdən gələn gəlirlərinin bir hissəsinin ölkənin hərbi gücünə çevrilməsi üçün hər şeyi edib. Nəzərə alsaq ki, ölkə ərazisinin 20 faizi Ermənistanın işğal altında idi, bunu etmək lazım idi. Bütün bunlar əla nəticələr verdi.

    Düşünürəm ki, bu mənada Dağlıq Qarabağda olan müharibə, hansı ki, ikinci Qarabağ müharibəsi adlanır, o, dünya müharibə sənəti tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq. Dünya tarixində ilk dəfə müharibə tərəflərindən biri olan Azərbaycan bu qədər zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə edib. Məhz bunların sayəsində böyük uğur əldə etmək mümkün oldu.
    Lakin düşünürəm ki, başlıca faktor Azərbaycan əsgəri və zabitinin igidliyi, hərbi komandanlığın savadlılığı və sözsüz ki, Ali Baş Komandan İlham Əliyevin istisnasız böyük rolu oldu.
    Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri kimi, Ali Baş Komandan kimi effektli olduğunu, Azərbaycanda mövcud olan hakimiyyət modelinin effektli olduğunu, ümumilikdə qeyri-effektiv, bacarıqsız və korrupsiyaya bulaşmış Ermənistan rejiminin fonunda Azərbaycan dövlətinin nə qədər effektli olduğunu göstərdi.   

    “Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb”    

    – Şuşa şəhərini Azərbaycan Ordusu dronlarsız, yüksək texnologiyalardan istifadə etmədən azad edib. Demək olar ki, əlbəyaxa döyüş olub. Bu barədə nə deyə bilərsiniz?

    – Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib.

    Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar. Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı ki, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb.

    Üstəlik, onu da qeyd edim ki, Ermənistan ordusuna Şuşa döyüşlərində artilleriya, reaktiv yaylım atəşləri sistemləri, zirehli texnika dəstək verib. Ermənilər Xankəndindən Azərbaycan bölmələrini ağır silahlarla atəşə tutublar. Bütün bunlara baxmayaraq, çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu.
    Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür.

    “Lavrov və Şoyqunun İrəvana səfəri zamanı Moskvanın mesajı Ermənistan tərəfinə çatdırılıb”

    – Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata yenidən baxılması cəhdləri müşahidə olunur. Xüsusi ilə də Ermənistan və bu bəyanatda adları vurğulanmayan Qərb ölkələri tərəfindən… Sizcə bu cəhdlər nə ilə nəticələnə bilər?

    – Düşünürəm ki, üçtərəfli bəyanat uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasının özülüdür. Razılaşmada Paşinyanın imzası durur. Onun simasında faktiki olaraq Ermənistan Azərbaycanın şərtləri altında kapitulyasiyaya gedib və hərbi əməliyyatları dayandırmağa razılaşıb. Bilirik ki, işğal altındakı Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxardılır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Bəli, İrəvanda bu bəyanatın qüvvədən düşməsinə və ya yenidən baxılmasına çağırışlar olub. Burada bir sıra xarici oyunçuların, xüsusi ilə Fransa və ABŞ-ın aktiv təsiri böyükdür.
    Bununla əlaqədar, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini xatırlatmaq istəyirəm. Bu səfər zamanı rəsmi Moskvanın mesajı bir daha Ermənistan tərəfinə çatdırılıb. Bildirilib ki, Ermənistan üçtərəfli bəyanatdan irəli gələn üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir.
    Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin müsahibələrində, məlum razılaşma ilə bağlı çıxışında bəyanatın icra olunmasının vacibliyini vurğulayıb və bəyan edib ki, Ermənistan tərəfindən razılaşmadan imtina edilməsi fəlakətə səbəb olacaq. Buna əlavə ediləcək bir şey yoxdur.

    Lakin bununla belə, biz Fransa Senatında çirkin təlaşın olduğunu, siyasi rüşvətxorluğun qapalı olmayan tərəfini müşahidə edirik. Erməni lobbisi Azərbaycana qarşı bu çirkin oyunda iştirak etmək üçün Fransa siyasətçilərinin bir qismini ələ alıb. Əlbəttə ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından heç bir söhbət gedə bilməz.
    Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi açıq-aydın erməni marağını təbliğ edə bilməz. Fransa hadisələrə erməni eynəyindən baxmamalıdır. Lakin biz burada faktiki olaraq prezident Makronun, Avropa və Fransanın hörmətli siyasətçisinin İrəvanın təsirində olan agent kimi çıxış etdiyini görürük. Bütün bunlar böyük təəssüf doğurur.
    Amerika isə bu dəqiqə regiondakı vəziyyətin hayında deyil. Buna baxmayaraq, getməkdə olan ABŞ-n prezident administrasiyası tərəfindən Amerika-erməni lobbisinin oyunlarını, dövlət katibi Pompeonun qeyri-konstruktiv bəyanatını gördük. Baydenin də aktiv erməni lobbiçisi olduğunu bilirik.
    Lakin ümid edirəm ki, ABŞ Prezidenti kimi o, özünü məsuliyyətli və layiqli aparacaq. Bununla belə, üçtərəfli bəyanatı tormozlamağa çalışanlar var və bundan sonra da olacaq. Ümid edirəm ki, Rusiya sülhməramlılarının iştirakı və Rusiya və Azərbaycanın nüfuzunun dəstəyi ilə məlum sənədi Ermənistan tərəfi tam həcmdə müəyyən olunmuş müddətdə icra edəcək.

    “Qarabağ-Azərbaycandır! Bu gün bu reallıqdır. Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir”

    – Necə hesab edirsiniz, ümumilikdə, bu hadisələrdən sonra Ermənistanın taleyi necə olacaq?

    – Ermənistan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi fəlakətə uğrayıb. Əgər Ermənistan revanş, qisas yolunu tutsa, düşünürəm ki, bu ölkəni birdəfəlik dünya xəritəsindən silinmə gözləyir. Ermənistan çökəcək.
    Ona görə ki, Ermənistandan aktiv əhali axınının olduğunu görürük. Əgər, onlar bu qeyri-konstruktiv siyasəti davam etdirsələr, Ermənistanın iqtisadi problemləri daha da güclənəcək. Ermənistan mehriban qonşuluq yolunu tutmalıdır. İlk növbədə mövcud siyasi reallığı qəbul etməlidir. Bu reallıq ondan ibarətdir ki, heç bir “Böyük Ermənistan” yoxdur və heç vaxt olmayacaq. Bu mifdir.

    Hitlerin silahdaşı olan Qaregin Njdenin ideologiyası əsasında Ermənistanda qurulan ideologiya bu ölkə və erməni xalqı üçün tarixi dalandır. Əgər Ermənistan özündə güc tapıb bu qisasçılıqdan, Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarından imtina etsə, regionda iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etsə, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoysa, o zaman bu ölkənin uğurlu inkişaf etməyə şansı olacaq. Dünya xəritəsində bütün ölkələr və xalqlar bərabərdir, “eksklüziv xalq” anlayışı yoxdur.
    Əgər İrəvandakı hakimiyyət elitası tərəfindən tarixi qisasçılıq ideologiyasının həyata keçirilməsi davam etsə, bu, Ermənistana yeni bəlalar və hansısa tarixi perspektivdə mövcud olmamaq gətirəcək. Hesab edirəm ki, Azərbaycan və erməni xalqı birlikdə yaşamalıdır. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın rifahı naminə yaşayıb yaratmaq imkanına malikdirlər. Bu mənada demək istəyirəm ki, bu rəsmi Bakının mövqeyidir.
    Biz Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ ermənilərini Azərbaycan öz vətəndaşları kimi qəbul edir. Dağlıq Qarabağın iki icmasının dinc şəraitdə yaşaması üçün bütün şərait var” dediyini dəfələrlə eşitmişik. Biz, Azərbaycan Prezidentinin hərbi əməliyyatlardan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Ermənistanla yaxşı münasibətlərin qurulmasında maraqlı olduğu bəyanatını eşitmişik. Bu mənada rəsmi Bakı tərəfindən regionda dayanıqlı və ədalətli sülhün olması üçün real səyləri və istəyi görürük.
    İrəvan tərəfindən isə cavab reaksiyasını hələ ki müşahidə etmirik. Mənə elə gəlir ki, ermənilər hələ də baş verən dəyişikliyi dərk etməyiblər. Hələ də Ermənistan tərəfindən Dağlıq Qarabağda ermənilərin maraqlarının olması barədə qeyri-konstruktiv iddiaları görürük. Dağlıq Qarabağ Azərbaycandır.
    Ona görə də, bu regionun inkişafı ilə, orada yaşayan əhalinin maraqlarını müdafiə etməklə artıq Azərbaycan məşğul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır və nida işarəsi… Bu gün bu reallıqdır. Mənə elə gəlir ki, bu gün Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir və öz gələcəyini qonşularına qarşı ərazi iddiası olmadan qurmalıdır.  

    “Paşinyan siyasi “luzer”dir, o, bir siyasətçi kimi artıq bitib”

    – Sizcə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağın müstəqilliyinin tanınması bizim başlıca prioritetimizdir” bəyanatı Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədin həyata keçirilməsini təhlükə altına qoymur? Hər kəsə məlumdur ki, Rusiya bu sənədin reallaşmasının zəmanətçisidir. 

    – Paşinyan siyasi “luzer”dir. O, Ermənistanı fəlakətə sürüklədi. Öz siyasi bacarıqsızlığı sayəsində Paşinyan müharibənin real olması üçün əlindən gələni etdi. Azərbaycanı bu müharibəyə təhrik etdi. O, müharibəyə hazırlaşmışdı. Paşinyanın generalları bəyan etmişdilər ki, yeni müharibə olacağı təqdirdə, onlar Bakıya çatacaqlar və Azərbaycan bır sıra ərazilərini itirəcək.
    Bu, faktiki olaraq Ermənistanın suveren Azərbaycan dövlətinə qarşı yeni ərazi iddiasını özündə əks etdirən həyasız siyasət idi. Bu gün bu, siyasi çöküşlə nəticələndi. Bu cür məğlubiyyətlə üzləşən Paşinyan hələ də özünə belə bəyanat səsləndirməyi rəva görür.

    Mənə elə gəlir ki, bu oqoniyadır. Paşinyan bir siyasətçi kimi artıq bitib, o yoxdur. Paşinyandan qalan siyasi qabıqdır, hansı ki, onun içindən hava çıxıb. Öz qisas və Azərbaycanın yeni ərazilərini işğal etmək planları ilə Paşinyan şişib partladı, necə ki bütün Ermənistan kimi onun da havası çıxdı.

    Ona görə də, hesab edirəm ki, Paşinyanın bugünkü sözlərindən heç nə asılı deyil, tamamilə heç nə… Onun bəyanatları hakimiyyəti qoruyub saxlamağa cəhddir. Paşinyan cəhd edir ki, onunla, misal üçün parlamentin spikerinə davrandıqları kimi rəftar etməsinlər. Hansı ki, müharibədən sonra İrəvanda kütlə parlamentin spikerini linç etmişdi. Bunun özü də “Ermənistan demokratiyası”nın göstəricisidir.

    Faktiki olaraq İrəvanda küçədə Ermənistan dövlətinin üçüncü şəxsini öldürürdülər. Hansı demokratiyadan danışırıq? Bu demokratiya deyil, oxlokratiyadır. Ona görə də Paşinyanın bəyanatı praktiki nöqteyi-nəzərdən heç nədir, sadəcə olaraq hava titrəməsidir, bundan artıq heç nə… Ona görə də, fikrimcə, başçılıq etdiyi dövlət üçün fəlakətlə nəticələnən missiyası bitmiş siyasətçinin bəyanatlarına ciddi əhəmiyyət vermək lazım deyil.

    “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”        

    – O zaman deyə bilərikmi, bu bəyanatlar Ermənistanda daxili auditoriyaya hesablanıb?

    – Bəli, Paşinyanın bu bəyanatları istisnasız olaraq daxili auditoriyaya, simasını itirən Paşinyanın onu qoruyub saxlaması cəhdlərinə hesablanıb. Praktik nöqteyi-nəzərdən yaxşı başa düşürük ki, üçtərəfli bəyanat var. İlham Əliyevin dediyi kimi, orada Dağlıq Qarabağla bağlı heç bir status yoxdur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb.          

    – İqor Yuryeviç, bu gün Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri Rusiya telekanallarında yayımlanan siyasi tok-şoularda Azərbaycana qarşı aparılan çirkin kampaniyadır. Siz, həmin efirlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən azsaylı spikerlərdən birisiniz.
     Bilirəm ki, siz Rusiyanın dövlət maraqlarından çıxış edirsiniz. Belə deyək, sizin mövqeyiniz Azərbaycanın ədalətli mövqeyi ilə üst-üstə düşür. Bildiyim qədər federal kanallarda yayımlanan siyasi tok-şoularda müzakirə olunan mövzularla bağlı direktivlər Kremldən gəlir. Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur.
    Rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz bunu bir müddət əvvəl yayımlanan  Rusiya prezidentinin müsahibəsində də gördük. Lakin siyasi tok-şoularda və ümumİlikdə Rusiya mətbuatında biz bunun əksini müşahidə edirik. Sizcə bu nə ilə bağlıdır?

    – Siyasi tok-şouların iştirakçıları baş verənlərlə bağlı öz şəxsi mövqelərini səsləndirirlər. İlk öncə onu qeyd etmək istəyirəm ki, xarici siyasət qərarların verilməsi prosesinə tok-şoular heç bir təsir göstərmir.
    Bizdə qərarları Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qəbul edir və bu qərarlar dövlət strukturlarının hazırladıqları məruzələrə, sənədlərə və arayışlara əsaslanır. İndiki halda Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları və əlbəttə ki, Rusiya Prezident Administrasiyasının analitik bölmələrinin hazırladıqları materiallar əsasında Prezident bu və ya digər siyasi qərarları qəbul edir.

    O ki qaldı siyas tok-şoulara, bir daha demək istəyirəm ki, onlar Rusiya Prezidentinin siyasi qərarlarının qəbul edilməsinə heç bir təsir göstərmir. Əgər tok-şouların özündən danışsaq, bəli, burada iştirakçıların müxtəlif qiymətləndirmələri və mövqeləri vardı. Öz mövqeyim barədə onu demək istəyirəm ki, əvvəldən səsləndirdiyim mövqeni müəyyən vaxt kəsiyindən sonra Rusiya Prezidenti Vladimir Putin səsləndirdi. Mən, Rusiyanın milli maraqlarından və beynəlxalq hüquq normalarından çıxış edərək öz mövqeyimi bildirirdim. Sözsüz ki, ilk növbədə Rusiyanın milli maraqlarından…

    Çox şad oldum ki, münaqişənin sonuna yaxın, Azərbaycanın qələbəsi artıq məlum olandan sonra Rusiya Prezidenti faktiki olaraq mənim dediklərimi təsdiq etdi. Bu, hadisələrə düzgün, ədalətli və tərəfsiz baxmağın göstəricisidir. Bunun özü də Rusiyanın milli marağı deməkdir. Münaqişənin ilk günlərindən deyirdim ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. İşğal olunmuş yeddi rayon var. Dağlıq Qarabağ özü də işğal olunub.

    Bu hərbi əməliyyatlarda Ermənistanın müntəzəm ordusu iştirak edir. Ermənistanın indi hərbi məğlubiyyətə görə istefaya göndərilən müdafiə naziri əməliyyatlar zamanı Dağlıq Qarabağa gedirdi. Nazir orada müdafiə qüvvələrini deyil, Ermənistan silahlı qüvvələrini idarə edirdi. Müharibə Azərbaycan ərazisində gedirdi.
    Rusiyanın heç vaxt əsası olmayıb və olmayacaq ki, Ermənistanın tərəfində bu müharibədə iştirak etsin. Bu bizim müharibə deyil. Bu iki suveren dövlət arasında Azərbaycan ərazisində gedən müharibə idi, hansı ki, Ermənistan ordusu işğalçı funksiyasını yerinə yetirirdi. Bunu Rusiya Prezidenti də dəqiq şəkildə təsdiq etdi. Bildirdi ki, müharibə Ermənistan ərazisində getmirdi və Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün müdaxilə etməyə heç bir hüquqi əsas yox idi.

    Xatırladım ki, Ermənistan Rusiya və KTMT-ni bu münaqişəyə cəlb etmək üçün təxribata çəkirdi. Gecə saatlarında Azərbaycanın dinc şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə tutulmasının məqsədi Bakını analoji addım atmağa təhrik etmək idi. Bu, baş vermədi. Çünki Prezident İlham Əliyev dəqiq şəkildə izah elədi ki, döyüş meydanında vuruşuruq, düzgün döyüşürük, Ermənistan xalqı bizim düşmənimiz deyil, biz öz ərazimizdə işğalçılarla döyüşürük. Bu, dəmir-beton mövqe idi. Azərbaycanın bu mövqeyi Rusiyanı münaqişəyə cəlb etməyə imkan vermədi.

    O ki, qaldı tok-şoularda iştirakçıların fərqli mövqelərinə, bildirim ki, erməni lobbisi hər yerdə güclüdür. Təkcə, Fransa və ABŞ-da deyil, Rusiyada da erməni lobbisi güclüdür. Ümumilikdə götürdükdə siyasi tok-şoularda ermənipərəst və neytral mövqelər səslənirdi. Mənim mövqeyim neytral idi. Hər zaman deyirdim ki, Rusiya bu münaqişədən bərabər məsafədə uzaqda olmalıdır.
    Ona görə ki, tərəflər finala çatdıqda bizim neytral mövqeyimiz vasitəçi və sülhməramlı kimi rol oynaya bilər. Hərbi əməliyyatların ikinci həftəsində demişdim ki, atəşkəs ancaq bir halda, tərəflərdən biri qələbə qazandıqda, digəri isə məğlub olduqda mümkün ola bilər. Məhz bu zaman sülh razılaşması imzalana bilər. Elə də oldu.      

    “Rusiya telekanallarında baş verənlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir”

    – İqor Yuryeviç, bununla belə, biz Azərbaycana qarşı təbliğatı müşahidə edirik. Sizcə bu məqam Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmur?

    – Hesab edirəm ki, baş verənlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Rusiya bir dövlət kimi bərabər səviyyədə həm Azərbaycanla, həm də Ermənistanla, o cümlədən Türkiyə ilə yaxşı münasibətlərin olmasında maraqlıdır. Ona görə də, deməzdim ki, Rusiya tərəfindən hansısa antiAzərbaycan mövqeyi sərgilənir. Xeyr, bu belə deyil.
    Bir daha qeyd edirəm, Rusiyanın mövqeyini Prezident Vladimir Putin formalaşdırır. Prezident dəfələrlə müsahibələrində Azərbaycanın ərazi bütövlüyü məsələsini, Türkiyə ilə yaxşı münasibətlərdə maraqlı olduğunu xatırladıb. Siyasi tok-şular Kremlin xarici siyasət qərarlarına heç bir təsir göstərmir.
    Putin praqmatik bir siyasətçi və keçmiş xüsusi xidmət orqanı əməkdaşı kimi hər şeyi süzgəcdən keçirir. Televiziyalar heç bir halda onun qərarlarına təsir etmir. Prezident bütün qərarlarını Rusiyanın milli maraqları nöqteyi-nəzərindən qəbul edir.

    O ki, qaldı ermənipərəst mövqelərin səslənməsinə, bunun əsas məqsədi Rusiyanın Dağlıq Qarabağdakı müharibəyə Ermənistanın tərəfində cəlb olunması üçün informasiya fonunun yaradılması idi. Lakin bu alınmadı. Ona görə alınmadı ki, Prezident Putin beynəlxalq hüquq normalarına və Rusiyanın milli maraqlarına əsaslanan qərar qəbul etdi.
    Üçtərəfli bəyanatda əks olunan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, münaqişənin ədalətli həlli bizim milli maraqlarımıza uyğundur. Putin üçtərəfli bəyanatın imzalanmasına vasitəçilik etməklə Rusiyanın sərhədləri perimetri boyunca olan qeyri-sabitlik qövsünü qırmış oldu. Bu çox vacib məsələdir.
    Bir ekspert kimi onu da qeyd etmək istəyirəm ki, üçtərəfli razılaşma Azərbaycanın hərbi qələbəsinin sayəsində mümkün oldu. Bu, Paşinyanın kapitulyasiyaya getməsinin və Azərbaycanın şərtləri əsasında sülhü qəbul etməsinin əsası oldu.

    “Son 20 ildə ilk dəfə idi ki, Rusiya bu məsələdə neytral mövqe tuturdu” 

    – Siz ermənipərəst təbliğatın dövlətin mövqeyinə təsir etmədiyini söylədiniz. Bəs bu, Rusiya ictimaiyyətinin mövqeyinə necə, təsir edirmi? 

    – Düşünürəm ki, yox. Baxın, bu münaqişəyə qədər Rusiyada heç kəs bilmirdi ki, Dağlıq Qarabağdan başqa Azərbaycanın daha yeddi rayonu işğal olunub. Bu, heç müzakirə belə olunmurdu. Bu barədə münaqişənin ilk günlərində televiziyada danışan yəqin ki, tək ekspert mən idim. Sonra artıq bu barədə danışmağa başladılar. Rusiya ictimaiyyəti təəssüflər olsun ki, Ermənistanın Dağlıq Qarabağdan savayı daha yeddi rayonu işğal etməsindən xəbərsiz idi.
    Ancaq Dağlıq Qarabağ barədə danışılırdı. Bilirsiniz, buna kimi Rusiyada hər kəs məsələyə istisnasız olaraq İrəvanın, Ermənistanın Rusiyadakı lobbistlərinin nöqteyi-nəzərindən baxırdı. Bu cür təqdimat cəmiyyətə yeridilmişdi. Daha sonra münaqişə prosesi vaxtı daha çox informasiya yayılmağa başladı və insanlar reallığı dərk etməyə başladılar.
    Sizə deyim ki, son 20 ildə ilk dəfə idi ki, Rusiya bu məsələdə neytral mövqe tuturdu. Buna qədər belə bir şey olmamışdı. Əvvəllər Rusiyanın mövqeyi birmənalı olaraq müttəfiqi Ermənistanı dəstəkləmək idi. Bu, Rusiya ictimai fikrinin tədqiq olunması, münaqişənin məğzi və müasir vəziyyəti barədə azməlumatlı olmağın nəticəsi idi.
    Hesab edirəm ki, budəfəki müharibə vaxtı Rusiya ictimaiyyəti neytral mövqe tutdu. Rusiyanı Ermənistanın tərəfində müharibəyə cəlb etmək cəhdləri ictimaiyyət arasında tamamilə dəstək qazanmadı. Mən öz çıxışlarımda bu barədə deyirdim. Bildirmişdim ki, Rusiya vətəndaşları bu müharibədə iştirak edə bilməzlər.
    Sonda Rusiya Prezidenti Vladimir Putin də bunu təsdiq etdi. Çox şadam və razıyam ki, dediklərimin hamısı sonda faktiki olaraq Kremlin rəsmi mövqeyi kimi formalaşdı. Bu, bir daha təsdiq edir ki, mənim ekspert analizim düzgün olub. Dediyim kimi, Ermənistan iki-üç həftə müharibəyə dözdü, daha sonra ard-arda məğlubiyyətlər, sonda da kapitulyasiya…
    Mən bunları müharibənin 10-12-ci günləri demişdim. O zaman hələlik heç nə aydın deyildi, Azərbaycan cənub istiqamətində yeni hücuma keçmişdi. Tərəflərin potensialını və hazırlığını düzgün qiymətləndirmək məni bu nəticəyə gəlməyimə gətirib çıxartmışdı.

    – Bu professional təhlildir.

    – Bəli, mən də belə hesab edirəm.

    – İqor Yuryeviç, sonuncu sualım. Sizcə hadisələr necə inkişaf edəcək? Sizin proqnozunuz eşitmək istərdik.

    – Məncə, Ermənistan tərəfindən üçtərəfli bəyanatı tormozlamaq və ya pozmaq cəhdləri uğursuz olacaq. Razılaşma icra ediləcək. Bu sabitləşmədə vacib faktordur.
    O ki qaldı Ermənistandakı daxili siyasi vəziyyətə, hesab edirəm ki, gec-tez Paşinyan getməlidir. Onun əvəzinə hakimiyyətə daha praqmatik və Rusiya yönümlü qüvvələr gəlməlidir. Bu baş verəcək, ya yox? Hansı müddətdə baş verəcək? Bunu mühakimə etmirəm. Çünki vəziyyət dinamik olaraq dəyişir.
    Eyni zamanda, Ermənistanda heç bir siyasətçi üçtərəfli bəyanat tam icra olunmayana qədər Paşinyanın yerində olmaq istəmir. Ona görə də Paşinyan məğlubiyyət bardağını sona qədər özü içməlidir. Aydındır ki, bundan sonra Paşinyanı silib süpürəcəklər. Ondan sonra ola bilsin, Paşinyan emiqrasiya etsin, ola bilsin, Fransa Prezidenti Makronun hökumətində erməni lobbisi ilə bağlı səlahiyyətli orqana rəhbərlik etsin. Buna artıq erməni xalqı özü qərar verəcək.   

    Oxunub: 526
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.