PKK-lı terrorçu: "Ermənilərlə bərabər Azərbaycana qarşı savaşırdıq"

Türkiyənin "HaberGlobal” televiziyası PKK terrorçularının Ermənistan tərəfindən müharibədə iştirakını təsdiq edən faktlar açıqlayıb.
Globall.az telekanala istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatı PKK-nın qadın təşkilatının rəhbərlərindən olan Layika Gültekin bu barədə şok etiraflar edib.
O deyib: "Biz Qarabağa gedirik və erməni əsgərləri ilə bərabər vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq."
Gültekin terrorçuların Azərbaycana qarşı müharibə apardıqlarını etiraf edib.
Gültekin terrorçuların Azərbaycana qarşı müharibə apardıqlarını etiraf edib.
Bu açıqlama ilə də PKK terrorçularının 10 noyabrda imzalanan razılaşmadan əvvəl Ermənistan ordu sıralarında olduqları bir daha sübut edilib.
Təhlükəsizlik mənbələri Türk Silahlı Qüvvələrinin uğurlu əməliyyatları səbəbiylə terror təşkilatından qaçmaların artdığını və təşkilat daxilində böyük panika olduğunu da bildirib.
Təhlükəsizlik mənbələri Türk Silahlı Qüvvələrinin uğurlu əməliyyatları səbəbiylə terror təşkilatından qaçmaların artdığını və təşkilat daxilində böyük panika olduğunu da bildirib.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: