Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • 81 deputat qrup rəhbəri seçiləcək – TAM SİYAHI
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • "Onlar başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar..."- Prezidentdən "İnterfaks"a mühüm açıqlamalar
  • "TÜRKİYƏNİN BU MESAJLARI HƏR KƏSƏ “DUR” DEDİ"- "Ermənistan istəyir ki, Azərbaycan Ordusunun gücünə kölgə salsın..." - İlham Əliyev
  • "Ermənistan rəhbərliyinə bir sözüm var: Torpaqlarımızdan nə qədər tez çıxsanız, sizin üçün o qədər yaxşı olacaq..."
  • FRANSADA MÜSƏLMAN XOFUNUN SƏBƏBİ: Paris və fransız qadınlar "qaralar"a qalacaq - Araşdırma

    • Tarix: 29-11-2020, 17:03


    Ramazan SİRACOĞLU, professor
     
    ATƏT-in 1992-ci ildən bəri, guya, Qarabağ məsələsini həll etmək üçün  təşkil etdiyi Minsk qrupuna həmsədrlik edən Fransa senatının Azərbaycanın əleyhinə qəbul etdiyi qərar təəssüf və hiddət doğurur. Fransız senatorlarının bu cür hərəkəti, əslində, gözlənilməz deyildi. Onların erməni təəssübkeşliyi hamıya bəllidir.

    Özlərini mədəniyyətin və demokratiyanın banisi sayan  fransızların əksəriyyəti,  nədənsə, müsəlman dünyasını sekulyarizmin və müasirliyin qatı əleyhdarı olan qüvvə kimi görür (Bax: Yvonne Yazbeck Haddad. Muslims in the West. Oxford University Press, 2011).

    Dünyada multikulturalizm və plüralizm şüarı ilə çıxış edən  Fransanın məsələyə bu cür yanlış münasibəti ölkədə müsəlmanlıqdan vahimənin – islamofobiyanın- getdikcə güclənməsinə, müsəlmanlara qarşı təzyiqlərin artmasına real təhlükə və  şərait yaradır. Fransada yaşayan müsəlmanlar arasında keçirilən rəy sorğusunda respondentlərin çoxu (74 faizi) çalışdıqları iş yerlərində, ictimai yerlərdə, nəqliyyatda və ticarət məkanlarında sırf müsəlman olduqları üçün müəyyən çətinliklərlə və özlərinə qarşı etimadsızlıqla qarşılaşdıqlarını  bildirmişdir (Bax: Bowen John R. “Recognising Islam in France after 9/11”. Journal of Ethnic and Migration Studies. 2009, N:35 (3): pp. 439–452).

    Fransada 2010-cu ildən müsəlman qadınların küçədə niqabla gəzməsi qadağan olunub. 7 yanvar 2015-ci ildə Parisdə həftəlik nəşr olunan və  islami dəyərləri çox ağır, təhqiramiz  şəkildə ələ salmaqla ad çıxarmış  “Charlie Hebdo” qəzetinin əməkdaşlarına qarşı  gerçəkləşmiş terror hadisəsindən sonra fransızların müsəlmanlara qarşı münasibəti daha da pisləşib.  Fransada, təqribən, 7  milyon (təkcə, Parisdə 1 milyon 800 min ) müsəlman yaşadığı güman olunur, onların təxminən 4 milyonu Əlcəzair mənşəli  fransız vətəndaşıdır.

    Məlum olduğu kimi, 1789- 1830-cu illər arasında Fransada  dövlət və din tədricən bir-birindən ayrılmışdır və 1905-ci ildə bu ayrılma – sekulyarizm prinsipi ( fransızca “laïcite”- laiqlik) qanuniləşmiş və 1945-ci ildə konstitusiyada öz təsbitini tapmışdır.

    Fransanın bir zamanlar müstəmləkəçi dövlət olduğu, Yaxın Şərq və Afrikada onun müstəmləkəsindəkilərin əksəriyətini müsəlman ölkələri təşkil etdiyi yaxşı məlumdur. XX əsrin birinci yarısında işğal etdiyi ərazilərlə birlikdə təxminən 13 milyon kv. kilometrlik torpaq sahəsi olan Fransanın hal-hazırda 640,7 min kv. km ərazisi var.

    Fransızlar müsəlmanların islam dəyərlərinə və etiqadına dərindən bağlı olduqlarından yaxşı xəbərdardırlar (Bax: Ahmet Yasar Abdulaziz. “France’s Islamophobia and its roots in French colonialism”. 9 April 2019).

    Fransızlar hesab edirlər ki, islami prinsiplər müsəlmanların Avropa xalqları ilə qaynayıb-qarışması yolunda ciddi maneədir. Bu cür düşüncə tərzi  fransızların bir çoxunda müsəlmanlara qarşı neqativ münasibət yaranmasına səbəb olmuşdur (Bax: Bowen, John R. .Journal of Ethnic and Migration Studies, 2009, N: 35 (3): pp. 439–452).

    Bəzi fransız məşhurlarına görə, müsəlman ölkələrindən mütəmadi olaraq Fransaya mühacirət edən müsəlmanlar, nəticə etibarı ilə, demoqrafik tarazlığın pozulmasına, “bəyaz irqin” tədricən zəifləməsinə səbəb olurlar. Məsələn, Jan Reno Qabriel Kamu adlı ifrat sağcı fransız ədibi 2011-ci ildə nəşr olunmuş “Böyük yerdəyişmə” (“Le Grand Remplacement”) adlı kitabında iddia edir ki, mühacirlərin, xüsusən də Yaxın Şərq və Afrikadan gələn müsəlmanların Fransaya gəlməsi “bəyaz irqin genosidi layihəsidir” (“complot du genocide blanc”) və “müsəlmanlar ölkəni istila edib fransız mədəniyyətini dağıdacaqlar.” (Bax: Taguieff Pierre-Andre. La revanche du nationalisme: Neo Populistes et xenophobes à l’assaut de l’Europe, Presses Universitaires de France, 2015 )

    Qatı müsəlman əleyhdarı olan Jan  Kamu bəyaz irqdən olanları hamılıqla mühacir müsəlmanlara qarşı milli müqavimətə səsləyir (Bax: Sapiro Gisèle . Les ecrivains et la politique en France – De l’affaire Dreyfus à la guerre d’Algerie, 2018 ). Onun kitabını oxuyanlar, söhbətini dinləyənlər, təbii ki, qarşılaşdıqları müsəlmanları bir dəhşət mənbəyi, insanlıq və mədəniyyət düşməni kimi görəcəklər.
    Fransızlar müsəlmanlığı qadın ləyaqətini alçaldan və onları hüquqdan məhrum edən etiqad kimi alqıladıqlarından, şəriət qaydalarının Fransa mənəvi dəyərlərinə  zidd gəldiyini düşündüklərindən, islamın bu ölkədə mövcudluğunu mümkünsüz hesab edirlər.
    Fransada yaşayanların çoxu belə düşünür ki, müsəlmanlıq kişilərin dominantlığına xidmət edən şovinist din olaraq qadaınların əbədi diskriminasiyasına hüquqi zəmin yaradır, onları daim iş yerlərində və evdə başıörtülü gəzməyə məcbur edir. Başqa sözlə, fransızlara görə, hicab qadın köləliyinin simvoludur (Bax: Valfort  Marie-Anne. “Religious discrimination in access to employment: a reality”, Policy Paper, 2015).
    Fransız iş adamları rəhbərlik etdikləri  müəssisələrdə müsəlmanların namaz qılmaları üçün şərait yaradılmasının əleyhinədirlər, hicablı qadınları “kabus”a (“nightmare” ) bənzədirlər. Dounia Bouzar və Lylia Bouzan adlı iki fransız tədqiqatçının “İş yerində ALLAHa yer varmı? (ALLAH a-t-il sa place dans l’entreprise?)” başlıqlı araşdırmada fransız sahibkarların “qorxudan hicablı müsəlman qadınlara baxmağa cəsarət edə bilmədiklərini” yazmışlar. Araşdırmadan belə nəticəyə gəlmək olur ki, müsəlman qadınlar iş üçün hicablı şəkildə müracit etdikdə onların şansı avtomatik olaraq sıfıra düşür.

    Parisdə  müsəlmanlar üçün məscidlər olsa da, rəsmi dairələr onların artmasından ehtiyatlanır. Məsələn, 1922-ci ildə inşa olunmuş Böyük Cami Müftülüyü əlavə tikinti üçün 2013-cü ildə Paris  bələdiyyəsinə müraciət etsə də, müftülüyə rədd  cavabı verilmişdir. Ümumiyyətlə isə, Paris ərazisində ilk məscid 1856-cı ildə Per Laşez məzarlığında inşa olunmuşdu. Osmanlı dövlətinin səfirliyi pulla almış olduğu 800 kv. metrlik yerdə tikilmiş bu məscid dünyasını dəyişən müsəlmanlar üçün  dini mərasimlərin yerinə gətirilməsi üçün nəzərdə tutulmuşdu.
    Türklər  Parisdən əvvəl Marseldə bir məscid tikmişdilər. Fransa kralı I Fransuanın (1515-1547 ) Sultan Süleyman Kanunidən ( 1520-1566) yardım istəmiş, sultan da admiral  Barbaros Hayerddin Paşanı (1475- 1546, kürən olduğu üçün avropalılar ona “qırmızı saqqal– Barbaros” ləqəbi vermişdilər) Fransanı İspan işğalından qurtarmaq məqsədilə 1543-cü ildə Toulon, Marsel və Nis şəhərlərinə hərbi səfərə göndərmişdi, o da  fransızları rəsmən ispanların əlindən qurtarmışdı. Buna minnətdarlıq  cavabı olaraq kral I Fransua Marseldə məscid inşa etdirmişdi. Lakin 1792-ci ildə Fransada Böyük inqilab zamanı o məscid dağıdılmışdır.

    Tarixçilər 1916-cı ildə Fransa-Böyük Britaniya və Rusiya arasında gerçəkləşmiş Saykes-Pikot anlaşmasından xəbərdardırlar. Bu gizli sövdələşməyə görə, Fransa: Osmanlı dövlətinə məxsus Adana, Antep, Urfa, Mardin, Diyarbakır, Mosul ilə Suriyanı; Böyük Britaniya: Bağdad, Bəsrə, Hayfa, Akka və Cənubi Mesopotamiayanı; Rusiya isə: Trabzon, Ərzurum, Van, Bitlis və Cənubi-şərqi Anadolunun bir hissəsini ələ keçirəcəkdi.  
    Fransızlar 27 oktyabr 1916-cı ildə Osmanlı dövləti təbəələri olan ermənilərlə gizlincə gizli sazişə gəlmişdilər ki, fransızlar Osmanlı dövlətinə qarşı vuruşacaq ermənilərdən ibarət silahlı birləşmələrin (legion) təşkilinə kömək edəcəklər və Osmanlı dövləti məğlub edildikdən sonra Kilikiya ərazisində (Türkiyənin cənubunda, indiki Adana, Osmaniyə və Mersin- İçel – vilayətlərinin hamısını, Hatay, Antalya və Karaman vilayətlərinin bir hissəsini əhatə edən bölgə) ermənilərə dövlət yaradacaqlar.

    Lakin hadisələrin sonrakı gedişi həm fransızların, həm də ermənilərin arzusunu ürəyində qoydu. Rusiyada 25.10.1917-ci ildə baş vermiş inqilab dünyanın siyasi mənzərəsini bir anda dəyişdi. 24.11.1917-ci ildə L.Trotski “İzvestiya” qəzetində çıxış edərək üç dövlət arasında imzalanmış gizli Saykes -Pikot sövdələşməsinin mahiyyətini aləmə yaydı.  Rusiyada siyasi hakimiyyətə gələn V. İ. Leninin göstərişi ilə 1918-ci ilin mart ayının 3-də L. Trotski Brest-Litovsk sülh müqaviləsini imzaladı və Sovet Rusiyasının çar zamanı ələ keçirilmiş Osmanlı torpaqlarından birdəfəlik imtina etdiyini təsdiqlədi.

    Anadoluda Böyük Milli Mücadilə savaşı başladı. Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə türk milləti “7 düvel” adlandırılan beynəlxalq güclərin ordularını Anadoludan “iti qovan kimi” qovdu və Osmanlı imperiyasının xərabəliyindən qüdrətli Türkiyə Respublikasını yaratdı.
    Fransızların erməni sevgisi isə bitmək bilmədi. İmkan tapan kimi haqq-nahaqq, erməniləri dəstəklədilər.
    Mahiyyət etibarilə, Fransa- Ermənistan iqtisadi münasibətlərinin illik ticari dövriyyəsi Azərbaycanla müqayisədə (məsələn, 2014-cü ildə Azərbaycan- Fransa ticari dövriyyəsi 1 milyard 681 milyon dollar  olub) çox cüzi— 42,5 milyon— dollar (?) olsa da, Fransa rəsmi dairələri Ermənistanı xüsuci canfəşanlıqla dəstəkləməkdədir.

    Təsadüfi deyil ki, 2001-ci ildə Jak Şirakın prezidentliyi dönəmində məhz Fransa,  Avropa dövlətləri arasında ilk olaraq Ermənilərin sözdə “soyqırım”ını tanıdı, 18 il sonra -2019-cu ilin fevralında Fransanın indiki başçısı Emmanuel Makron 24 aprelin ermənilərin anım günü kimi qeyd olunması haqqında qərarı imzaladı. Fransa Ermənistana Rusiyadan sonra ən çox sərmayə yatıran investor ölkədir. ATƏT-in Minsk qrupunun həmsədri Fransa 28 il ərzində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisindən 28 santimetr də olsa torpağın azad olunmasına nail ola bilmədi.

    Müzəffər Azərbaycan Ordusu o fərasətsiz Minsk qrupunun illərlə süründürdüyü, qəsdən dolaşığa saldığı işi 44 günə həll edən kimi, Fransa təşvişə düşdü. Bəlkə də Qarabağın harada yerləşdiyini heç xəritədə tapa bilməyən, ümumiyyətlə, Qarabağ məsələsinin mahiyyətindən bixəbər bir çox fransız senatoru sağlam məntiqə, siyasi baxışa zidd olan qərar qəbul etdilər. Bu nə operativlik, nə canıyananlıqdır, müsyö senatorlar?

    Göyçəlilər, vedilililər, zəngibasarlılar, irəvanlılar el-obasından didərgin ediləndə, şuşalılar, xocalılar, laçınlılar, kəlbəcərlilər, qubadlılar, cəbrayıllılar, zəngilanlılar, füzulililər, ağdamlılar doğma dədə-baba yurdlarından pərən-pərən salınanda, məsum körpələr qanlarına qəltan ediləndə, qız-gəlinlərin şərəfi-iffəti alçaldılanda, məscidlər, məzarlıqlar təhqir olunanda, Azərbaycan imdad haraylayanda sizin qulaqlarınız, gözləriniz haradaydı?
    Nə üçün o zaman və sonrakı 28 il ərzində qahmar çıxdığınız əziz xələf ermənilərə “ara, o torpaqlar sizin deyil” deməyə cəsarətiniz çatmadı? Amma indi can hövlüylə qərar qəbul edirsiniz, Alban kilsələrini erməniləşdirib YUNESKO-nun qoruması altına alırsınız,  beynəlxalq gücləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırsınız.

    Birinci Dünya müharibəsi zamanı mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə onları hərbi əməliyyatlar keçirilən yerdən məqsədyönlü şəkildə uzaqlaşdırmaq (təhcir) işini Fransada 2011-ci ildə sözdə soyqırımı kimi təsdiqləmək, bunun əksini söyləyənləri 1 il həbs (və ya 45 min avro cərimə) etmək cəzası verməyin məqsədi nədir? Bəs söz azadlığı vardı, plüralizm vardı?

    Bəlkə də, Fransa Qarabağ məsələsinə dini prizmadan yanaşdığından Azərbaycan əleyhinə qərar çıxardıb. Azərbaycanın müsəlman, ermənilərin xristian olması, senatorların yanlış və haqsız fikirlərə düşməsinəmi səbəb olub? Heç inandırıcı görünmür. Ya da Fransa Türkiyəyə qarşı olan acığını Azərbaycandan çıxmaq istəyib? 
    Bəlkə, Fransada getdikcə çoxalan müsəlman əhalisinin artım tempi hörmətli senatorların yanlış qərara gəlməsində həlledici rol oynayıb? Ya da erməni diasporu xüsusi fəallıq göstərib? Mən əsla və əsla mədəniyyətləri bir-birinə qarşı qoymaq fikrində deyiləm. Yaxşı bilirəm ki,  fransızların da ümbəşəri dəyərlərə sahib çox nümunələri və nümayəndələri var. Lakin heç kəs, o cümlədən Faransa özünü elit sayıb bizə qətiyyən yuxarıdan aşağıya baxa bilməz.
    Azərbaycanda Edit Piafı, Mirey Matyeni, Co Dassini, Dalidanı, Yves Montandı, Selin Dionu dinləyəndə riqqətə gələn; Pyer Rişarı, Jan Renonu, Jan Qabeni, Jan Mareni, Jan Pol Belmondonu, Alen Delonu, Jerar Depardyeni heyranlıqla izləyən; Luis Duprenin, Yuli Bretonun, Bernard Buffenin, Yakop Pisarronun  çəkdikləri rəsm əsərləri qarşısında heyrətini gizlədə bilməyən minlərcə insan var.

    15 aprel 2019-cu ildə dünyaca məşhur Paris Notr Dam ( Notre-Dame de Paris ) kilsəsində baş vermiş güclü yanğın xəbərini eşidən bütün Azərbaycan vətəndaşları çox məyus olmuşdular. Sayqı və sevgi isə qarşılıqlı olmalıdır. Azərbaycan dünyəvi, modern dövlətdir, lakin dini inanclara, etiqadlara, tarixi-maddi və mənəvi sərvətlərə böyük diqqət yetirilir. Azərbaycanda, onu dost bilənlər üçün həmişə ehtiram, məhəbbət var.

    Lakin Fransa rəsmiləri Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına zidd qərar qəbul edib onun unitar dövlət quruluşunu təhdid altına almaq istəyəndə mənim fransız dəyərlərinə münasibətim dərhal dəyişir. O zaman   dünyanın xəritəsində kiçicik nöqtə boyda görünən  Kür çayı mənim  nəzərimdə bir ümmana dönür, Sena çayından yüz dəfə böyük şəkil alır; düşünürəm ki, əsrlərin şahidi doğma  Qız qalası,  Eyfel qülləsindən dəfələrlə  ucadır, dahi Üzeyir bəyin “Koroğlu”su Jorj Bizenin “Karmen”indən daha möhtəşəmdir.  Fransızların “Pejo”suna, “Reno”suna  minməsəm də olar, Naxçıvanın “NAZ”ına nə gəlib?  Zaqatalanın “Gülab”ının ətri fransız “Şanel”indən daha rayihəlidir desəm, yəqin ki, mübaliğə olmaz.  
    Mənim təsəvvürümdə Mir Cəlalın yetim Baharının acı taleyi Viktor Hüqonun səfil Qavroşundan daha faciəvidir, Cəlil Məmmədquluzadənin bəlakeş Novruzəlisi sadəlövhlük baxımından Volterin Kandidindən müqayisəolunmaz dərəcədə sadədildir, Mirzə Fətəlinin Hacı Qarası xəsislikdə Molyerin Qarpaqonunu çaya  susuz aparıb suzuz gətirər, Cəfər Cabbarlının taleyi ilə barışmayan Sevili xarakter baxımından Stendalın Luizasından dəfələrlə səbatlıdır, Əbdürrəhim bəy Haqverdiyəvin nakam taleli   Gövhərtacı  Gi de Mopassanın Matildasından daha acınacaqlı durumdadır, Anarın Təhminəsi çılğınlıq açısından Floberin Madam Bovarisindən çox üstündür.

    Fransa senatının Azərbaycan əleyhinə  qəbul etdiyi qeyri-obyektiv qərar, təəssüf ki, iki ölkə arasındaki  münasibətlərə neqativ təsir göstərəcək, siyasi-iqtisadi əlaqələrdə soyuqluq yaradacaq. Təsadüfmü, qanunauyğunluqmu, bilmirəm, bu sətirləri yazarkən televiziya kanallarından birində oxuduğu fransız mahnıları ilə milyonların qəlbində taxt qurmuş  italyan əsilli Salvatore Adamonun çox məşhur, unudulmaz mahnısı ifa olunmağa başladı: “Tombe la neige” (Qar yağır)…

    Xəyalımda bir anlığa Murovdağda, Kəlbəcərdə, Laçında  qurşağadək qarın içində əli tətikdə, gözləri üfüqdə, status-kvonu da, təmas xəttini də yox etmiş ayıq-sayıq qəhrəman Azərbaycan ƏSGƏRİ canlandı. Sanki o qar bəmbəyaz örtüsü ilə bütün məşum qaranlıqların, mənhus qara günlərin üstündən xət çəkmək,  didərginlərimizin ələm və iztirablı yollarını birdəfəlik örtmək, sabahın bərraq, ağappaq parlaq səhifələrini yazmaq üçün yağırdı…

    Oxunub: 458
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.