ABŞ-ın yeni prezidentinin ayağı sınıb -
Co Bayden iti ilə oynayarkən yıxılıb
Xəbərdə vurğulanır ki, Bayden bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.
Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.
"Ona həkim-ortoped baxıb", - məlumatda qeyd olunur.
Qeyd edək ki, noyabrın 20-də Baydenin 78 yaşı tamam olub. Yerli mətbuat daha əvvəl Baydenin ev heyvanlarını sevdiyini vurğulayıb. “The New York Times” nəşri bildirib ki, bəzi KİV-lər və siyasi ekspertlər tərəfindən ABŞ prezidenti kimi tanınmış Co Bayden Ağ Evə ev heyvanı ilə birlikdə köçəcək. Bayden hələ seçkiqabağı kampaniya dövründə bildirirdi ki, heyvanları Ağ Evə qaytarmağın vaxtı çatıb.