Fransalı deputat:
"Bu, Fransanın da qəbul etdiyi beynəlxalq öhdəliklərə ziddir"
Jerom Lamber
Report-un yerli bürosu xəbər verir ki, müraciət məktubunda deputat həmkarlarını Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs haqqında razılığın şərtlərinə xələl gətirə biləcək sənədlər tərtib etməyi dayandırmağa çağırıb.
Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair müraciətlər Fransanın qəbul etdiyi beynəlxalq öhdəliklərinə ziddir və beynəlxalq hüquqa hörmət edənlər tərəfindən qəbul edilə bilməz. Fransanın dünyada ölkəmizin adına layiq bir diplomatik mövqe tutmasını istəyiriksə, beynəlxalq hüquqa zidd fikirləri qəbul etməməliyik. Bu atəşkəs tərəflər arasında sülhün yaranması üçün bir şansdır".