Vətən müharibəsində ən çox itkini harada vermişik?- Hərbi ekspert açıqladı
“Açıqlanmış itki sayımız sırf hərbi baxımdan, əməliyatların miqyasına, şiddətinə və nail olduğumuz nəticəyə görə məqbul sayıla bilər”.
Bu sözləri hərbi ekspert Nazim Bayram deyib.
O bildirib ki, bu qələbə 1988-ci ildən verdiyimiz bütün şəhidlərimizin və günahsız qurbanların qanını aldı, onların nahaq olmadığını isbat elədi:
“Əsas itkilərimiz düşmənin mina-məftillənmiş, beton istehkamlarla və enli və dərin xəndəklərlə möhkəmləndirilmiş birinci müdafiə xəttini yararkən verilmişdi. Belə bir hazırlıqlı düşmən müdafiəsini yarmaq üçün 3-4 dəfə çox itki verə bilərdik.
Azərbaycan xalqı Vətən uğrunda verdiyi şəhidlərini heç vaxt unutmayacaq!
Vətən sağ olsun!”.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: