"Qarabağın statusu məsələsi 2016-cı ildə Rusiyanın təklifi ilə gündəmdən çıxarıldı"-
Paşinyan Köçəryana cavab verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində diplomatik uğursuzluqla bağlı ittihamları qəbul etmir.
"Sputinik Ermənistan" xəbər verir ki, Paşinyan bu barədə videomüraciəti zamanı deyib.
Xatırladaq ki, bir gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində hazırkı ölkə rəhbərliyinin ehtiyatsız hərəkətləri və açıqlamaları ilə Qarabağdakı müharibəni yaxınlaşdırdığını bildirib.
Paşinyan isə buna cavab olaraq qarşı tərəfi günahlandırıb. Onun fikrincə, müharibədəki uğursuzluqlardan sonra hamı və hər kəs son 25 ildə edilən səhvlərə görə mövcud hakimiyyəti günahlandırmağa çalışır:
“İş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxarıb, danışıqları Ermənistan və Azərbaycan arasındakı dialoqa endirən şəxs, Qarabağ münaqişəsinə ərazi mübahisəsi kimi baxılmağa başlanmasına görə bizi günahlandırır. Beynəlxalq birliyin Qarabağ haqqında təsəvvürləri 2020-ci ildə deyil, 25 il ərzində formalaşdı. Qarabağ məsələsi ərazi mübahisəsi kimi qəbul olunmağa başladı və bu, böyük bir problem oldu. Ermənistan işğalçı bir ölkə kimi qəbul olunmağa başladı. Bu, son 2,5 ildə baş vermədi. Bu dövr sadəcə "cadu dairəsi"ndən çıxmaq üçün bir cəhd idi".
Paşinyan sual edib: Yerevan Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesində nə vaxt uğur qazanıb?
O, danışıqlar prosesinin tarixini qısaca təqdim edərək, diplomatik uğursuzluqda əvvəlki hökuməti günahlandırıb. Bu çərçivədə, bir neçə ildir ki, tənzimləmə üçün Madrid prinsiplərinin hazırlanmasının danışıqlar prosesində bir nailiyyət kimi təqdim edildiyini, ancaq məlum olduğu kimi, Qarabağın yalnız Azərbaycanın razılığı ilə müstəqillik əldə edə biləcəyini qeyd edib.
Bundan əlavə, Paşinyanın fikrincə, illər ərzində bir sıra sənədlərdə "yeddi bölgənin işğalı"ndan və Ermənistan hakimiyyəti Azərbaycanın daha çox şey tələb etmədiyi təqdirdə onları təslim etməyə hazır olduğundan bəhs edirdi.
"Diplomatik müvəffəqiyyət 2016-cı ilin təkliflərinin qəbul edilməsindədir? Bunun sayəsində Qarabağın statusu məsələsi gündəmdən çıxarıldı. Rusiya ilə bizim pis, sizin yaxşı münasibətləriniz olduğunu iddia edirsiniz. O zaman strateji müttəfiqimizin təklifi ilə bu məsələ necə oldu ki, gündəmdən çıxarıldı? Siz peşəkar diplomatlarsınız, buna necə icazə verdiniz, 2016-cı il hadisələrindən sonra Azərbaycan cəzalandırılmadı. Bəli, çünki getdiniz və təklif olunanlarla itaətkarlıqla razılaşdınız. Yəni Azərbaycanın müharibə aparmaq haqqını legitimləşdirdiniz".
Paşinyan əlavə edib ki, hazırkı hökumət diplomatik prosesdə deyil, son 25 ildə baş vermiş fiyasko ilə mübarizə cəhdlərində iflasa uğradı.