"Aprel savaşı əraziləri Azərbaycana qaytarmaq vədinə görə dayanmışdı"- Paşinyan SİRLƏRİ AÇDI
Aprel savaşı Ermənistan hakimiyyətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi razılığı əsasında dayandı.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı müharibəni ilk gündən niyə dayandırmadığı barədə ittihamlara cavab olaraq deyib.
“Əgər siz müharibədən qaça bilirdinizsə, onda 2016-cı ildə bunu edərdiniz. Siz bunu edə bilmədiniz. Siz müharibəni əraziləri qaytarmaq sözü verərək dayandırdınız. Bəs biz niyə buna nail ola bilmədik?
Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib və vədini yerinə yetirməyib, ona görə də danışıqlar yalnız yazılı və konkret müddətə ola bilər”, – Paşinyan deyib.
O bildirib ki, müharibəni yalnız 10 noyabrda imzalanan Bəyanatda nəzərdə tutulan şərtlər daxilində dayandırmaq olardı:
“Müharibənin ilk günündə parlament kürsüsündən savaşın hansı şərtlərlə dayandırıla biləcəyini elan etdim. Ancaq bu şərtlərlə razılaşan olmadı.
İndi aydın olur ki, hamı rayonların 5+2 formatında qaytarılmasının tərəfdarı imiş. Əgər belədirsə, 2016, 2017-ci illərdə edərdiniz, müharibənin qarşısını alardınız, problemi həll edərdiniz. Xüsusilə Aprel müharibəsindən sonra bütün nüansları bilirdiniz. Bəzilərinə elə gəlir ki, Azərbaycan 5+2 formatına razı idi. Bu, yalnız müzakirə üçün bir təklif idi, Ermənistan bu təklifə razı olacağı təqdirdə Bakı Şuşa və laçını da tələb edəcəkdi”.
O, Türkiyəni münaqişəyə yaxın buraxdığına görə tənqid olunmasına qarşı da çıxıb. Bildirib ki, Türkiyəni illər öncə İrəvanda futbol matçına çağıranlar rəsmi Ankaranı bu rpoblemin həllinə artıq cəlb etmişdilər.
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: