Belçikada Emmanuel Makron və Fransa polisi əleyhinə aksiya keçirilib
Belçikanın paytaxtı Brüsseldə irqçiliyə və polis zorakılığına qarşı kütləvi etiraz aksiyası keçirilib.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.Məlumata görə, xeyli sayda insan Avropa Komissiyasının binası qarşısına toplaşaraq irqçilik əleyhinə şüarlar səsləndirib.
Aksiya iştirakçıları Belçikada və Fransada polis özbaşınalıqlarına qarşı etirazlarını ifadə ediblər. Bununla yanaşı, Fransada qəbul edilən “Qlobal təhlükəsizlik haqqında” yeni qanun əleyhinə şüarlar səsləndirilib.Etirazçılar həmçinin Fransa prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
Polis aksiya ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.
Oxunub: 389
Xəbəri paylaş
Paylaş: