Qarabağa qayıdan ermənilərin son sayı -
Rusiya Müdafiə Nazirliyi
Sutka ərzində Ermənistandan Qarabağa 1200-dən çox erməni qayıdıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan ərazisindən Qarabağa sutka ərzində 1244 nəfər qayıdıb. Onların qayıdışı Rusiya sülhməramlıları tərəfindən müşayiət olunub”, – məlumatda qeyd olunub.
Ümumilikdə 14 noyabrdan bu vaxta qədər Qarabağa 31917 nəfərin qayıtdığı bildirilib.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: