ABŞ-da koronavirusa yoluxma sayında rekord - son sutkada 227 885 nəfər

ABŞ-da koronavirusa yoluxma sayında rekord qeydə alınıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Ölkədə son sutkada 227 885 yeni yoluxma baş verib.
Buna qədər rekord dekabrın 4-də qeydə alınıb. Həmin gün 217 min yoluxma aşkarlanıb.
Son sutkada ABŞ-da 2607 nəfər koronavirusdan ölüb.
Oxunub: 341
Xəbəri paylaş
Paylaş: