Rusiyada 30 minə yaxın insanda virus aşkarlandı -
Bu, sutkalıq rekord göstəricidir
Rusiyada bir gündə koronavirusa 29 039 yoluxma qeydə alınıb.
Bu barədə Koronavirus İnfeksiyasının yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
Bununla da koronavirusa yoluxanların sayı 2 460 770-ə çatıb.
"Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb", - məlumatda deyilir.
Qeyd edilir ki, bu, sutkalıq rekord göstəricidir.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: