Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək
ABŞ-ın hazırkı prezidenti Donald Tramp xələfi Cozef Baydenin andiçmə mərasimində iştirak etməyəcək.
Report xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp yanvarın 20-də Ağ evi tərk edib Florida ştatına yollanacaq və orada tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edəcək.
Report xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp yanvarın 20-də Ağ evi tərk edib Florida ştatına yollanacaq və orada tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edəcək.
Məlumata görə, D.Tramp çıxışında 4 il sonra prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq.
Xatırladaq ki, C.Bayden D.Trampı inauqurasiya mərasimində gözlədiyini bildirmişdi.
Xatırladaq ki, C.Bayden D.Trampı inauqurasiya mərasimində gözlədiyini bildirmişdi.
Qeyd edək ki, prezident seçkilərində Demokratlar Partiyasının namizədi C.Bayden qalib gəlib. Yeni dövlət başçısının inauqurasiyası 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti D.Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir.
Oxunub: 470
Xəbəri paylaş
Paylaş: