“Bəyanatdan imtina edilərsə, Qarabağda müharibə başlayacaq”-
Marukyan
“Qarabağa dair üçtərəfli Bəyanatdan imtina ediləcəyi təqdirdə, yeni müharibə başlayacaq”.
Bu, “İşıqlı Ermənistan” fraksiyasının bəyanatında bildirilir.
“İşıqlı Ermənistan” Partiyasının təşəbbüsü ilə 7 dekabrda parlamentdə gələcək hərəkət planına dair müzakirələr keçirilib.
“Biz əvvəl qəbul etdik ki, bəyanatn imzalanması reallıqdır, o icra olunacaq. Ancaq Azərbaycanın xeyrinə. Biz danışıqlar aparmalıyıq. Sənəddən imtina yeni müharibə deməkdir. Düşünürəm ki, biz bu yolla getməməliyik, ancaq bu sənəddən danışıqlarda bizim xeyrimizə istifadə edə bilərik”,- deyə partiya sədri Edmon Marukyan deyib.
Xatırladaq ki, ölkədə Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: