Vilayət Eyvazov Bakı Şəhər Dövlət Yol Polisinə yeni rəis təyin etdi -
ƏMR
Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Piriyev gətirilib.
Bakı Şəhər DYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.
Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.
Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.
Globall.az
Oxunub: 569
Xəbəri paylaş
Paylaş: