Ötən il Gürcüstan turizmdən 3,2 milyard dollardan çox gəlir əldə edib
Ötən il Gürcüstan turizmdən 3 milyard 268 milyon dollar gəlir əldə edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə gəlir 1,4% artıb.
2019-cu ildə qonşu ölkənin turizmdən ən az gəliri 164,5 milyon dollar olmaqla yanvar, ən çox gəliri isə 412,8 milyon dollar olmaqla avqust ayının payına düşüb.
Qeyd edək ki, ötən il Gürcüstan 9,3 milyon nəfərdən çox əcnəbi ziyarətçi qəbul edib ki, onların da arasında Azərbaycan vətəndaşları (1 526 619 nəfər) birinci yeri tutub.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: