Rusiyada koronavirusdan ölənlərin sayı 62 mini ötdü
Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 436 nəfər artaraq 62 273-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 800 675 nəfər sağalıb.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: