Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirib - 4 nəfər saxlanılıb
Misir polisi Türkiyənin “Anadolu” informasiya agentliyinin Qahirədə yerləşən ofisində əməliyyat keçirib.
APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
Əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı Hilmi Balcı saxlanılıb. Saxlanılanların hara aparılması barədə məlumat verilməyib.
Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qınayıb. Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: