Əfqanıstana hava zərbəsi endirilib - 18 nəfər həlak olub
Əfqanıstanın Nimroz əyalətinə hava zərbəsi endirilib.
Report xəbər verir ki, bu barədə əyalət şurasının rəhbəri Məhəmməd Nəsir " telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hava zərbəsi nəticəsində azı 18 nəfər həlak olub. Əyalət rəsmisi qeyd edib ki, həlak olanlar dinc sakinlərdir. Onların 8-i uşaq, 7-si qadın, 3-ü kişidir.
Telekanal daha əvvəl hava zərbəsi nəticəsində 12 mülki şəxsin həlak olduğunu xəbər verib.
Oxunub: 441
Xəbəri paylaş
Paylaş:






















