Bakı-Tbilisi-Qars ilə ilk ixrac yükləri Türkiyəyə yola düşdü -
FOTO
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən məlumat verilib.
Belə ki, metal konstruksiyalar ölkədən Türkiyəyə nəql olunub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.
Metal konstruksiyalar “ADY Express”in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada yüklər Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılıb.