Vaşinqton merindən əhaliyə müraciət: “İnauqurasiyaya gəlməyin”

ABŞ-da Vaşinqton meri Muriel Bauzer qonşu ştatlar - Merilənd və Virciniyanın qubernatorları ilə birgə bəyənnamədə amerikalıları Co Baydenin inauqurasiyasına gəlməməyə çağırıblar.
“RİA Novosti” xəbər verir ki, mərasimin onlayn keçirilməsi təklif olunub.
“Yanvarın 20-də hakimiyyətin ötürülməsi olacaq. Federal hökumətdəki tərəfdaşlarımızla birlikdə paytaxt bölgəsində təhlükəsizliyi təmin edəcəyik”, - deyə Vaşinqton meri bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp növbəti prezidentin 20 yanvarda keçiriləcək inaqurasiya mərasiminin təhlükəsizliyi üçün merin istəyindən sonra Vaşinqtonda fövqəladə vəziyyət elan edib.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: