Türkiyə XİN-dən açıqlama: 4 il əvvəl dayandırılan dialoq bərpa olunur
Türkiyə və Yunanıstan arasındakı araşdırıcı görüşlərin 61-ci turu yanvarın 25-də keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada görüşün İstanbul şəhərində baş tutacağı deyilib.
Türkiyə və Yunanıstan arasında Egey dənizindəki problemlərin hər iki tərəfə sərfəli, ədalətli, davamlı və əhatəli həllinə zəmin hazırlamaq məqsədilə araşdırıcı görüşlərə 2002-ci il martın 12-də Ankarada başlamışdı.
İki ölkənin xarici işlər nazirlərinin müşavirləri arasında danışıqların sonuncu olan 60-cı turu 1 mart 2016-cı il tarixində Afinada keçirilib. Dövrün Yunanıstan hökuməti tərəfindən dayandırılmış danışıqlar bu tarixdən sonra siyasi məsləhətləşmələr şəklində davam edib, lakin araşdırıcı çərçivəyə qaytarılmayıb.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: