Bu ərazilər də Azərbaycanın nəzarətinə keçdi -
ermənilərdən etiraf
Sünik bölgəsində sərhədlərin uzlaşdırılması nəticəsində təkcə Qafan hava limanı deyil, İrəvana gedən yol da Azərbaycanın müşahidəsi altında qalacaq.
Ermənistanın ombudsmanı Arman Tatoyanın sözlərinə görə, Gorus-Qafan magistral yolunun 68 km-dən 21 km-ə qədər olan hissəsi Azərbaycanın nəzarətindədir. Bəzi hallarda yeni sərhəd kəndlilərin evlərindən arasından keçir.
“Qafan hava limanında və uçuş zolağında araşdırma apardıq. Yalnız hava limanının özü üçün deyil, Qafanı İrəvanla birləşdirən M2 dövlətlərarası magistral yol üçün də birbaşa təhlükə olduğu məlumdur. Bundan əlavə, Çakaten, Şikaox, Sraşen, Nerkin Hand və Tsav kəndlərində Azərbaycan bayraqları görünür”, – ombudsman deyib./publika.az
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: