Bakıda polis əməliyyatı:
Oğurluq edən 4 nəfərlik dəstə tutuldu
Bakının Qaradağ rayonunda oğurluq edən 4 nəfərlik dəstə tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar – B.Cabbarov və T.Həbiyev saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.
Globall.az
Oxunub: 372
Xəbəri paylaş
Paylaş: