Orta Amerika sahillərində böyük neft-qaz yatağı aşkarlandı
Report xəbər verir ki, “Total”ın açıqlamasına görə dənizdə 725 metrədək dərinliyində qazılan “Keskesi East-1” quyusunda bütövlükdə 63 metr saf karbohidrogen ehtiyatı aşkarlanıb.
Dünyanın ən böyük neft-qaz şirkətlərindən olan “Total” 130-dən artıq ölkədə 100 mindən çox əməkdaşı ilə fəaliyyət göstərir. 1954-cü ildə yaradılmış, qərargahı Texasın Hyuston şəhərində yerləşən “Apache Corporation” ABŞ ilə yanaşı, Kanada, Argentina, Avstraliya, Böyük Britaniya və Misirdə də fəaliyyət göstərir.