ÜST:
25 Avropa ölkəsi COVID-19-un yeni ştammının aşkarlandığını bildirib
Bunu ÜST-nin Avropa üzrə direktoru Hans Klüe deyib.
“Koronavirusun yeni ştammı adisi ilə müqayisədə daha şiddətli və ya daha yüngül keçmir. O bütün yaş qrupları arasında yayılır. Qısa müddətdə virusun yayılmasını azaltmaq və bir çox insanın həyatını xilas etmək üçün epidemiya əleyhinə səylərimizi artırmalıyıq. Bu, bizə məlum tədbirlərdir; maska taxmaq, genişmiqyaslı tədbirlərdən yayınmaq, məsafə saxlamaq, yoluxmuş insanların təmaslarını izləmək, eləcə də peyvənd vurulması ilə bağlı prosesin genişləndirmək bizi gözlənilən nəticələrə gətirib çıxaracaq. Prosesi yaxından izləyirik”, - o söyləyib.