Ermənistanda son sutkada koronavirusdan 13 nəfər ölüb
Ermənistanda daha 263 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 235 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 2 987-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 728-ə yüksəlib. İndiyədək 152 615 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 905 aktiv koronavirus xəstəsi var.
Oxunub: 217
Xəbəri paylaş
Paylaş: