Cavad Zərif:
“Trampsız dünya daha gözəl olacaq”
O, bildirib ki, Tramp adminstrasiyasının insanlığa verdiyi zərər onun adminstrasiyası daxilindəki radikalların gözündə hələ yetərsizdir.
Zərif ABŞ-ın husiləri Yəməndəki terror təşkilatları siyahısına salmasını tənqid edərək, qərarın bu ölkədə atılan sülh addımlarına ziyan vurduğunu deyib:
“Husilərin terror təşkilatı siyahısına salınması Yəməndəki vəziyyəti daha da pisləşdirəcək. ABŞ Dövlət Katibi Pompeonun hakimiyyətinin son anlarında belə İrana qarşı böhtan və yalanları barışa əhəmiyyət vermədiklərinin göstəricisidir”.