Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub -
10-a yaxın şəxs saxlanılıb
Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının qurultayı keçiriləcək “Expo Georgia” sərgi mərkəzinin qarşısında etiraz aksiyası təşkil olunub.
Report-un yerli bürosu xəbər verir ki, ictimai fəallar yolu bağlamağa və banner yerləşdirməyə cəhd etsələr də, polis buna imkan verməyib.
Aksiya iştirakçıları bildiriblər ki, etiraza səbəb partiyanın parlament seçkilərinin nəticələrini saxtalaşdırmasıdır.
Polis və aksiyaçılar arasında bir neçə dəfə qarşıdurma baş verib. Nəticədə 10-a yaxın ictimai fəal saxlanılıb.
Mərkəz qarşısında vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, “Gürcü Arzusu”nun qurultayı olacaq və toplantıda partiyanın yeni sədri seçiləcək.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: