İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediasında geniş işıqlandırılıb -
FOTO
Azərtac xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT Haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafaq” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır. Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır.