Arterial qan təzyiqini sadə yolla azaltmaq üsulu açıqlandı
Report xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələrini “Journal of Physical Activity and Health” dərc edib.
Tədqiqatda orta yaşı 60 olan 40 nəfər iştirak edib. Alimlər onlarda sınaqdan əvvəl və sonra qan təzyiqini ölçüblər. Bu halda dartınma ilə məşğul olan yoxlanılanlar qrupunda qan təzyiqinin azalması bütün parametrlər üzrə daha çox müşahidə olunub.
Bu halda sınağın yerimə ilə məşğul olan iştirakçıları bel nahiyəsində daha çox piy azaldıblar.