Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • 
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Aleksey Navalnı komadan ayılıb
  • Aleksey Navalnı danışmağa başlayıb - Mühafizəsi gücləndirilib
  • Navalnının Moskvadakı mənzilinə həbs qoyuldu - Məhkəmə qərarı
  • Navalnı komadan sonrakı bərpa prosesindən danışdı: “Sözləri necə seçəcəyimi anlamırdım”
  • Navalnının komandası: "O, hava limanında deyil, otelin otağında zəhərlənib"
  • “Rusiyada qəribə proseslər başlayır”- Putinin getməsi nələri dəyişəcək?

    • Tarix: 17-01-2021, 15:53



    Bu gün Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvaya qayıdır. İndi nəinki Rusiya, hətta bütün dünya bundan danışır. Bəllidir ki, Navalnını Moskvada sürprizlər gözləyir.
    Lakin onun gəlişinin özü Kreml üçün ən acı və böyük sürprizdir. Və Moskva üçün ən pisi odur ki, Navalnı kəfənini boynuna salıb gəlir. Baxmayaraq ki, Rusiyanın siyasi hakimiyyəti onun ölümünü hamıdan çox istəyir.
    Hətta ötən il xüsusi xidmət orqanları Navalnını zəhərləyib öldürmək üçün plan işləyib həyata keçirdi.

    Lakin Navalnı son anda Avropanın, konkret olaraq Almaniyanın müdaxiləsi nəticəsində kəfəni yırtdı. Ona görə də Aleksey Anatoliyeviç ölümdən qorxana oxşamır. Heç həbsdən də qorxmur. Navalnı yatıb-çıxan cayıllardandır. 2013-cü ildə Kremldəkilər onu 5 illik həbsə atmaq istədilər. Amma Aleksey cəmi bir il məhbusluq həyatı yaşadı.
    Beynəlxalq və ölkədaxili təzyiqlərdən sonra 2014-cü ildə 3,5 illik şərti cəza ilə onun həbsinə xitam verildi. Bundan sonra dəfələrlə Navalnı inzibati həbs cəzaları aldı.
    Lakin Vladimir Vladimiroviçin istəklərinə boyun əymədi. Rusiyanı korrupsiyadan və iyrənc idarəetmə sistemindən azad edəcəyini təkrar-təkrar söylədi. O, “Yabloko” müxalifət qanadının lideri və Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəridir. Ən əsası Navalnını ABŞ və Avropa dövlətləri güclü şəkildə dəstəkləyir.
    Ona görə də onun gəlişi Putin hakimiyyətinə əməlli-başlı başağrısı olacaq. Nəzərə alaq ki, bu il Rusiyada seçkilər ilidir. Rusiya parlamentinin aşağı və yuxarı palataları, eləcə də bütün yerli seçkili orqanlar avqust ayında yenidən formalaşacaq.

    Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu il Rusiyanın siyasi hakimiyyəti dəyişəcək. Bunu Navalnının gəlişinə qədər proqnozlaşdıranlar var. Məsələn, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Segey Markov Yeni ilin ilk günündə dedi ki, “bu ilin payızında Vladimir Putin siyasi hakimiyyətdən yola salınacaq”.

    Bu bəyanat Rusiyanın siyasi elitasında ildırım kimi çaxdı. Çünki Markovun Kremlə olan loyal münasibətini hamı yaxşı bilir. Ona görə də onun bu bəyanatı ciddi rezonans doğurdu.
    Qaragüruhçular həmən Sergey Aleksandroviçin üstünə düşdülər. Lakin Markovun fikirlərini dəstəkləyən və onu əsaslandıran qüvvələr də ortaya çıxdı. Qüvvələr nisbətində balans yarandığı üçün Markovun başı sağ qaldı. Ən maraqlısı o idi ki, rəsmi Moskva bu məsələyə heç bir reaksiya vermədi. Bu isə onu göstərir ki, Rusiyada qazanlar gizli qaynayır.

    Nəzərə alaq ki, Rusiya Federasiyası siyasi dəyişikliyə hamilədir. Bunu artıq hamı deyir. Çünki Vladimir Putin siyasi və fiziki cəhətdən tükənib. Və hakimiyyətdə olduğu 22 il müddətində ona bəslənilən ümidləri doğrultmadı. Doğrudur, o, Rusiyanı dağılmaqdan xilas etdi. Müəyyən təsir imkanları yaratdı.
    ABŞ, Avropa və Şərqi Asiyaya müəyyən əzələ göstərdi. Lakin bundan artığına gücü çatmadı. Bu gün böyük Rusiya iqtisadi-siyasi, sosial problemlərin məngənəsində sıxılır. Əhalinin real gəlirləriində  son 3 ildə ildə elə bir ciddi artım qeydə alınmayıb. Lakin qiymətlər son 3 ildə ən azı 70-80 faiz artıb. Milli valyuta 20 faizə qədər dəyərini itirib.
    Üstəlik, ABŞ və Avropanın iqtisadi sanksiyaları Rusiyanın tamamilə əl-qolunu bağlayıb. Bu ilin payızındakı İkinci Qarabağ müharibəsi isə Rusiya hərbi gücü haqqında mifi dağıtdı. O boyda Rusiyanın hərbi arsenalı Azərbaycanın PUA-ları qarşısında aciz qaldı. Artıq Rusiya daha əvvəlki qüdrətli və qorxunc dövlət deyil. Ona görə də Rusiya siyasi dəyişikliyə getmək məcburiyyətindədir.

    Amma hər halda Rusiyanı dəyişdirəcək lider Putin deyil. Çünki Vladimir Vladimiroviç nə bacardısa, Rusiya üçün etdi. Səhv ya düz, amma etdi. Putin əsl xarakter idi. Əsl lider idi.
    Amma, nə yazıq ki, o, bolşevik tərbiyəsinə, bolşevik təhsilinə və bolşevik baxışlarına malik bir lider idi. Hə, birdə onun baxışlarında xarakterik rus şovinizmi var.
    Bax, bu cür yanlış baxışlar Rusiya liderinə daha böyük zirvələr fəht etməsinə imkan vermədi. Əslində Putin, əyyaş və avantürist Yeltsinin siyasi xəttini davam etdirdi. Bir az cəsarətli, bir az qətiyyətli.
    Ona görə də Rusiyanın mövcudluğunu saxlamaq və ayağa qaldırmaq üçün yeni baxışlı liderə ehtiyac var. Bu lider Aleksey Navalnı da ola bilər, bir başqası da. Amma Aleksey Anotoliyeviçdə müəyyən “jilka” var. O, ən azından ABŞ təhsili alıb.

    Yenə deyirəm, Putində liderə məxsus əksər xüsusiyyətlər var idi. Amma onun da təfəkkür problemi vardı. O, 22 illik hakimiyyəti dövründə feodal rus təfəkküründən uzaqlaşa bilmədi. Vladimir Vladimiroviç 22 il ərzində nəinki qonşuları ilə, hətta ABŞ və Avropa dövlətləri ilə güc dilində danışdı. Hamını və hər kəsi zorla təsir dairəsində saxlamağa çalışdı. Heç bir dövlətin arzu və istəklərini nəzərə almadı. Eyni zamanda, öz potensialını da düzgün qiymətləndirmədi.

    Bir anlığa yada salaq. Boris Yeltsin keçmiş SSRİ və digər sosialist ölkələri təsir dairəsində saxlamaq üçün əksər ölkələrdə milli münaqişə ocaqları qaladı. Azərbaycanda, Gürcüstanda, Moldovada, Yuqoslaviyada və digər ölkələrdə yaradılan münaqişələr təəssüf ki, 30 ildir davam edir.  Putin özünün 22 illik hakimiyyəti dövründə bu siyasəti davam etdirdi.
    Rusiya üçün əzəli dost və qardaş Ukrayna da yuxarıda sadaladığımız ölkələr sırasına qatıldı. Hələ Rusiyanına Liviyada, İraqda, Suriyada və digər münaqişə yaşayan ölkələrdəki sərgilədiyi mövqeləri demirəm. Rusiya hər zaman axına qarşı üzür. Və bütün dövlətlərlə güc dilində danışır. Ən pisi odur ki, Moskva kimləri müdafiə etdiyini sanki dərk etmir. Kremlin müdafiə etdiyi hakimiyyətlər nəinki dünya tərəfindən, eləcə də yerli xalqlar tərəfindən lənətlənir.

    Bütün bunlar Rusiyanı təbii ki, nüfuzdan saldı, iqtisadi və hərbi gücünü azaltdı. Nəticədə Rusiya dünya ilə üz-üzə qaldı.
    Bu gün hər bir böyük dövlətin digər dövlətlərə yanaşmasında müəyyən işıqlı nüanslar var. Məsələn, Avropa getdiyi ölkəyə demokratik dəyərlər vəd edir. ABŞ dünyanı öz milli valyutası ilə özünə cəlb edib. Yaponiya yüksək texniki nailiyyətləri ilə sevilir. Çin isə özünün nəhəng iqtisadiyyatı ilə dünyada sanki bir hörümçək toru qurub.

    Dediyim kimi, bu böyük dövlətlər digər dövlətlərə yaxşı nəsə verir, ən azından nəsə verəcəyini vəd edir. Amma Rusiya heç bir dövlətə yaxşı heç nə vəd etmir. Bütün dövlətlərlə güc dilində danışır. Bu isə Rusiyanı zəiflədir, tənhalaşdırır.

    Onda belə bir sual ortaya çıxır: Rusiyanın dağılması dünyaya və Azərbaycana sərf edir, yoxsa yenilənməsi. Mən qətiyyətlə deyirəm: Rusiyanın dəyişməsi gözəl olardı. Ola bilsin kimlərsə mənim subyektiv fikrimlə razılaşmasın. Ona görə də fikrimi əsaslandırım. Nə vaxtsa bir şeyir oxumuşdum. Orda deyilirdi ki:
    “Söyüdün sınması fəlakət deyi, Palıd yıxılanda Yerə zərbədir”. Bəli böyük  dövlətlərin dağılması hər zaman sivilizasiya üçün yeni problemlərə yol açıb. Məsələn, SSRİ-nin dağılması dünyanı inkişafdan ən azı 15-20 il geri saldı. Və bəşəriyyətə çoxsaylı problemlər gətirdi. Həmin problemi yaşayan ölkələrdən biri də Azərbaycandır.

    Rusiya dağılarsa, bunun ən pis təsiri olacağı ölkələrdən biri Azərbaycandır. Çünki pis-yaxşı ruslarla dinc qonşuluq şəraitində yaşayırıq. Rusiya qeyri-neft sektoruna ən böyük partnyorumuzdur. Rusiyada 1,5-2 milyon soydaşımız yaşayır. Və bu soydaşlarımızın 60-70 faizi Azərbaycan vətəndaşıdır və bu ölkəyə çörəkpulu dalınca gedib. Və bu insanlar ildə ən azı 1 milyarda dollar Azərbaycana pul göndərirlər.
    Nəticədə ölkə əhalisinin ən azı 10-15 faizi Rusiyadan gələn pul hesabına keçinib gedir. Əgər Rusiya dağılsa, Azərbaycan ildə bir neçə milyard dollar gəlirdən məhrum olacaq.
    Ən azı 1 milyon insan eyni anda Azərbaycana qayıdacaq. Hələ onu demirəm ki, stabil ölkə olduğu üçün Azərbaycana nə qədər qeyri-millətlər axın edə bilər. Və bunlar hansı sosial-iqtisadi problemlər yaradacaq? Bunu təssəvür belə etmək istəmirəm. Adi bir faktı xatırladım.
    2007-ci ildə ABŞ – İran müharibəsi başlamaq üzrə idi. Başlamamışdı haaa, başlamaq üzrə idi. Cənubi Azərbaycandan Şimali Azərbaycana axın başladı. Və bir neçə aya daşınmaz əmlakın qiyməti Azərbaycanda bir neçə dəfə qalxdı. Bizdə də bilirsiniz də, bir dəfə qalxan qiymət bir daha enmir. O gündən bu günə Azərbaycandakı qiymətlər (gəlirlər yox haaa) Avropa səviyyəsinə qalxdı.

    Ona görə də Rusiyanın dağılması yox, dəyişməsi bizə lazımdır. Sonda onu da deyim ki, məşhur görücü Vanqa da 2021-ci ildə siyasi dəyişikliklər olacağını, yeni liderin gələcəyini və Rusiyanın bundan sonra qüdrətlənəcəyini deyib. 

    Globall.az

    Oxunub: 289
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.