Müsəlman ölkəsində qızıl velosiped hərraca çıxarıldı -
Avstraliyaya kömək üçün...
Dubayda Beynəlxalq Velosiped sərgisi ("Dubai International Bike Exhibition”) çərçivəsində 91 min dirhəm (25 min ABŞ dolları) dəyərində olan velosiped hərraca çıxarılıb.
Xarici media xəbər verir ki, satışdan əldə edilən gəlir meşə yanğınlarından boğulan Avstraliyaya kömək üçün yönəldiləcək.
Velosiped bənzərsizdir. Onu yığmaq üçün 70 insan-saat sərf olunub. İstehsal şirkəti olan “Vaaru Cycles” qurğunu 24 karatlıq qızıl qatı ilə bəzəyib. Velosiped özü titandan hazırlanıb. Ona görə də qurğu "indiyə qədər yaradılmış ən titanlı velosiped " adını alıb.
Oxunub: 1 016
Xəbəri paylaş
Paylaş: