“Samsung”un sahibi həbs edilib
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda, İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Report bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərarı paytaxt Seulun Ali Məhkəməsi qəbul edib. İş adamı "Samsung Group”un iki bölməsinin birləşdirilməsi zamanı qanunsuzluğa yol verdiyinə görə azadlıqdan məhrum olunub.
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: