“Bakıdayam, müalicə olunuram...”-
Əli Həsənov açıqlama yaydı
Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov media və sosial şəbəkələrdə barəsində yayılan xəbərlərə münasibət bildirib.
Xatırladaq ki, bu gün bəzi saytlarda və sosial şəbəkələrdə onun xarici ölkələrin birindən tutuluraq Azərbaycana gətirildiyi barədə xəbər yayılıb.
"Facebook" səhifəsində açıqlama yayan Ə.Həsənov Bakıda olduğunu və istintaqa cəlb olunmadığını bəyan edib. "Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar", - keçmiş şöbə müdiri qeyd edib.
Maraqlıdır, Əli Həsənov bu qədər həngamədən sonra həqiqətənmi istintaqda sorğulanmayıb? İnandırıcı deyil.../Azpolitika.info