Qarabağda daha 7 erməni hərbçisinin cəsədi tapıldı
Qarabağda aparılan axtarış əməliyyatları zamanı daha yeddi erməni hərbçisinin meyiti tapılıb.
Bunu Ermənistan Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçuların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilib.
Qeyd edək ki, axtarış işləri başlayandan bəri bölgədə ümumilikdə 1246 erməni hərbçisinin cəsədi tapılıb.
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: