2020-ci ildə Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb
2020-ci ildə Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə Azərbaycanda 1 949 ədəd minik avtomobili istehsal edilib. Bu da o deməkdir ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.
Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb./oxu.az
Oxunub: 441
Xəbəri paylaş
Paylaş: