Aleksey Navalnının mətbuat katibi və KMF əməkdaşı saxlanılıb
Bu barədə məlumatı “Dojd” telekanalı yayıb.
Məlumata görə, Kira Yarmışı evindən aparıblar. 31 yaşlı qadının saxlanılmasında polisin 5, ekstremizmlə mübarizə şöbəsinin 2 əməkdaşı iştirak edib.
“Məni birgecəlik inzibati qaydada həbs olunanların kamerasında saxlayacaqlar. Məhkəmə sabah olacaq, saatı məlum deyil. Yanvarın 23-ü əfsanəvi olacaq”.