Hələb raket atəşinə tutulub – Ölən və yaralananlar var

Suriyanın Hələb şəhərinin Yeni Hələb və Əl-Zəhra yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub.
SANA xəbər verir ki, nəticədə iki qadın və bir uşaq ölüb, üç nəfər isə yaralanıb.
Bildirilib ki, “Ən-Nusra Cəbhəsi” terror təşkilatının üzvləri mülki əhalinin Hələb və İdlib yaxınlığında humanitar dəhlizlər vasitəsilə təhlükəli bölgədən çıxmasına yol vermir/Report.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: