Cozef Bayden:
ABŞ-da iqtisadi böhran dərinləşir
Koronavirus pandemiyası ABŞ-da iqtisadi böhranı dərinləşdirir və onunla mübarizə üçün qətiyyətli və təcili tədbirlər lazımdır.
TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib."Böhran yalnız dərinləşir. Vəziyyət yaxşılaşmır, o (böhran-red) yalnız dərinləşir”, - Ağ Ev rəhbəri etiraf edib. "Dünən biz bildik ki, daha 900 min amerikalı işsizlik müavinətlərinə görə müraciət edib", - prezident bildirib.Onun sözlərinə görə, dövlət bu şəraitdə ona görə vətəndaşlara kömək etməyə məcburdur ki, bu, "mənəvi borcdur", həmçinin "təcili iqtisadi ehtiyacdır"."Biz hərəkət etməliyik, bizim bu dəqiqə hərəkət etməyimizə zərurət var", - Amerika lideri vurğulayıb. "Biz cəsarətlə və qətiyyətlə hərəkət etməliyik", - Bayden əlavə edib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: