Vilayət Eyvazovun polis rəisini sərəncama göndərdi
Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.
S. Həsənov bir müddət idi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi. Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib. Hazırda Nizami rayon Polis İdarəsinə təyinat yoxdur.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: