Rusiyada etirazlar:
Sankt-Peterburqa ordu yeridilir
Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq etiraz aksiyası ilə əlaqədar şəhərə hərbçilər gətirilir.
Rusiya KİV-ləri xəbər verir ki, şəhər yaxınlığında 20 “Ural” markalı hərbi avtomobil görünüb. Bununla bərabər şəhərə “Ural” markalı hərbi avtomobillə Rusiya Milli Qvardiyasının əsgərlərinin gətirildiyi də vurğulanıb.
İrkustkda şəhər administrasiyasının binasını mühasirəyə alan Navalnının tərəfdarları isə Putin əleyhinə şüarlar sələndiriblər. Onlar Putini istefaya çağırıblar.
Qeyd edək ki, bloger Navalnının həbsinə etiraz olaraq bu gün Rusiyanın hər yerində aksiyalar keçirilir.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: