Gürcüstanda koronavirus: 546 yeni yoluxma qeydə alınıb, 17 nəfər vəfat edib

Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını dəyişib.
Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: