Azərbaycanda koronavirus:
287 yeni yoluxma və 10 ölüm faktı...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir.
Ölkədə son sutka ərzində 7 079, ümumiyyətlə indiyədək isə 2 361 552 test aparılıb.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: